Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:32

ABŞ-ın 92 min məxfi məlumatı mətbuata sızıb


ABŞ qoşunlarının Əfqanıstandakı hərbi əməliyyatlarına dair məxfi sayılan 92 minə yaxın material mətbuata sızıb.

Britaniyanın «Qardian» və ABŞ-ın «Nyu York Tayms» kimi iri nəşrləri Wikileaks saytından əldə etdikləri həmin materiallardan çıxarışlar dərc ediblər. Həmin materiallarda Amerika hərbçilərinin Taliban liderlərinə qarşı əməliyyatlarından, mülki əfqanların ölümü ilə bağlı indiyədək gizli saxlanılan əməliyyatlardan söz edilir.

Ağ Ev məxfi məlumatların yayılmasını pisləyib. Bunu ABŞ-ın və onun müttəfiqlərinin təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.
XS
SM
MD
LG