Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:37

«İşıqpulu, vergipulu hələ də ölünün adına gəlir»


Şəmkirin Muxtariyyət kənd sakini, 67 yaşlı diabet xəstəsi Güleyşə Məhərrəmova yaşadığı mənzilə öz adına yeni çıxarış sənədi ala bilmir. Ev mərhum həyat yoldaşının adına olub. Şikayətçinin sözlərinə görə, Şəmkir rayon İcra Hakimiyyətinin işçiləri onu 6 aydır ki, get-gələ salıblar:

«DEYİRLƏR GET, HARA ŞİKAYƏT EDİRSƏN ET»

«Yoldaşım ölüb, işıqpulu, vergipulu hələ də ölünün adına gəlir. Mən bunu danışmalı deyiləm, bu evin sənədi avtomatik mənim adıma keçməlidir. Düzəltmirlər sənədləri, məni get-gələ salıblar. Xəstə adamam, gedib-gələ bilmirəm. Çox gediş-gəlişdən sonra dedilər ki, get hara şikayət edirsən et. Onsuz da şikayətə baxan yoxdur. İndi bilmirəm kimə deyim, kimə şikayətlənim. İcra Hakimiyyətinə yanına getdiyim adamlar mənim dərs dediyim şagirdlərimdir, işimə laqeyd yanaşırlar. İcra başçısının qəbuluna getmişdim, çox gözləyəndən sonra qapıda dayanan polis qoymadı məni içəri keçməyə, dedi olmaz, get, sonra gələrsən. Mən başa düşmürəm, bu adamlar orda niyə oturublar, nə işləyirlər ki, ayda da filan qədər maaş alırlar».

«GƏLSİN, ONA KÖMƏK ELƏYİM»


Şəmkir rayon İcra Hakimiyyətinin baş memarı Ramiz Rəhimovdan məsələyə aydınlıq gətirməsini xahiş etdik. Baş memar dedi ki:

«Mülkiyyət kişidən sonra arvadına, arvaddan da vərəsə kimi övladına keçməlidir. Yəqin hansısa sənədi düz deyil, ona görə də qıcıqlandırıcı söhbətlər edir».

- Evinin qarşısında dükan var, həmin dükan hazırda yaşayış sahəsinə daxildir, dükanın sahəsi sənəddə qeyri-yaşayış sahəsi kimi göstərilməlidir. Buna görə də evinə yeni çıxarış ala bilmir.

- Çox sadə bir məsələdir. Bazar ertəsi gəlsin, ona kömək eləyim.

İndi Güleyşə Məhərrəmova ümidini baş memara bağlayıb.

Buna da bax:

XS
SM
MD
LG