Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:42

Miyatoviç hakimiyyəti böhtana görə cinayət cəzasının ləğvinə çağırıb


ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Azərbaycan hakimiyyətini böhtana görə cinayət cəzasının ləğvinə çağırıb. O, Bakıda keçirilən “Medianın özünü tənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması” konfransının iştirakçılarına müraciətində bildirib ki, “böhtan haqqında repressiv qanunların ləğvinə və mətbuatın müstəqil məsuliyyət sisteminin yaradılmasına tərəfdardır”.

“Şərəf və ləyaqətun qorunması haqqında mövcud qanunvericilik ATƏT məkanında müstəqil KİV-ə təzyiq mexanizmlərindən biridir. O, jurnalistlərin işinə ciddi əngəl törədir, hakimiyyəti tənqiddən qoruyur”- deyə, Miyatoviç vurğulayıb. Ona görə də, diffamasiyaya görə məhkəmə cəzalarını özünütənzimləmə mexanizmi ilə əvəzləmək lazımdır.

Miyatoviç onu da bildirir ki, bəzi ölkələrdə özünütənzimləmə sistemini “özünüsenzura” sisteminə çevirmək tendensiyası var: “Odur ki, mən əminəm ki, jurnalistlər üçün etik normalar jurnalistlərin özləri tərəfindən qəbul olunmalıdır, istənilən özünütənzimləmə strukturları isə hökumət nümayəndələrini əhatə etməməlidir”.

Miyatoviç onu da bildirir ki, diffamasiyaya görə cinayət cəzasının ləğvi hakimiyyətin Azərbaycanda azad mətbuatın vəziyyətini yaxşılaşdırmaq istəyinin göstəricisi olacaq.

XS
SM
MD
LG