Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:31

Azərbaycanla Türkiyə arasında viza məsələsi yenə də həllini tapmadı


Türkdilli dövlətlərin zirvə toplantısında Azərbaycanla Türkiyə arasında viza rejiminin aradan qaldırılması məsələsi müzakirə edilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov AzadlıqRadiosuna deyib ki, iki ölkə arasında vizanın ləğv edilməsi daxili proseslər hələ başa çatmadığından müzakirəyə daxil edilməyib:

«Bu məsələ ilə bağlı Azərbaycanda daxili proseslərə uyğun olaraq, yazışmalar, razılaşmalar həyata keçirilir. Vizanın ləğv edilməsində yalnız Xarici İşlər Nazirliyi deyil, bir sıra digər dövlət qurumları da iştirak edir. Buna görə də bu proseduranın tam başa çatması bir müddət vaxt tələb edir».

Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşü çərçivəsində «Çırağan» sarayında türkdilli ölkələrin xarici işlər nazirlərinin toplantısından əvvəl Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlunun görüşü olub.

İki ölkənin xarici siyasət idarələrinin başçıları Dağlıq Qarabağ probleminin nizama salınması ilə bağlı son vəziyyət, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
XS
SM
MD
LG