Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:47

Hollandiyada İslamı təhqir edən siyasətçinin məhkəməsi başlanıb


İslamı təhqir edən kampaniya aparan Wildersin partiyası son seçkilərdə uöur qazanıb
İslamı təhqir edən kampaniya aparan Wildersin partiyası son seçkilərdə uöur qazanıb
1 İL HƏBS VƏ YA CƏRİMƏ
Oktyabrın 4-də Hollandiyada Islama qarşı çıxışları ilə tanınan rejissor və siyasətçi Geert Wildersin məhkəməsi başlanıb. Wildersi müsəlmanlara qarşı zorakılığa çağıran çağırışlarda ittiham edirlər. Günahı sübuta yetirilsə, onu bir il həbs və ya 7600 avro cərimə gözləyir.

Bir qrup müsəlman Amsterdamda məhkəmənin keçirildiyi binanın qarşısında etirazlar təşkil eləyib, Wildersin əleyhinə şüarlar səsləndiriblər.

İSLAMA FAŞİZM DEYİB, QURANI HİTLERİN KİTABIYLA EYNİLƏŞDİRİR
Prokurorlar 47 yaşlı Geert Wildersə qarşı 5 hal üzrə ittiham irəli sürüblər: İslamı faşizm, terror dini adlandırması, mühAcirlərə qarşı ayrıseçkilik, Quranı təhqir etmək və başqa dinə qarşı zorakılığı təhrik etmək.

Geert Wilders 2006-cı ilin Oktyabrında və 2008-ci ilin Martında Hollandiya qəzetlərinə verdiyi müsahibələrdə İslamı “Allah və Məhəmmədin xəstə ideologiyası” adlandırıb, Quranı isə “başqa dinləri yox etməyi qarşısına məqsəd qoyanların “Mayn kampfı” adlandırıb. Hitlerin əsəri olan “May kampf” (Mənim mübarizəm) kitabıyla eyniləşdirib.

2 İL ÖNCƏ ÇƏKDİYİ FİLMİ DƏ CİDDİ ETİRAZLARA SƏBƏB OLMUŞDU
Geert Wildersin 2008-ci ildə çəkdiyi 17 dəqiqəlik “Fitnə” filmi böyük hay-küy doğurmuş və bütün dünyada müsəlmanların hiddətinə səbəb olmuşdu. 2009-cu ildə Wildersin filminin Britaniyada nümayişi son anda qadağan edilmişdi.

Britaniyada "Fitnə" filminə qarşı etirazlar, 2009-cu il


İSLAMA QARŞI ÇIXIŞLARI ONUN PARTİYASINA UĞUR GƏTİRİB
Son seçkilərdə də Hollandiyada islamçılar və mühacirlərə qarşı kampaniyası aparan Wildersin partiyası – PVV Hollandiya parlamentində 24 yerə sahib olmağı bacarıb və hakim koalisiyaya girib.
XS
SM
MD
LG