Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:54

Erməni Milli Komitəsi Brayzanı niyə xoşlamır?


Tomas de Vaal
Tomas de Vaal
“Tarixdə ən işləməz parlament 18-ci əsrdə Polşada olub. Polşa bu parlamenti ilə bütün dünyada məşhur idi. Seym adlı parlamentdə oturan deputatlardan biri “Ne Pozvalam” – “İcazə vermərəm, qoymaram!” deməklə istənilən qərarın qarşısını ala bilərdi”.

Qarabağ üzrə mütəxəssis, britaniyalı jurnalist Tomas De Vaal xarici siyasət üzrə Amerikanın ən nüfuzlu jurnallarından olan “National İnterest” də yazır:

“Buna “liberim veto” sistemi deyilirdi və veto sözü də burdan yayılıb.

Polşa krallığının iflasında və yıxılmağında bu parlament sistemi mühüm rol oynadı.”

ERMƏNİPƏRƏST İKİ SENATORUN “YOX”U

Amerikanın Karneqi Fondunda Qafqaz üzrə araşdırıcı olan Tomas De Vaal yazır ki, “indiki Amerika Senatında baş verənlər yeni “ne pozvalam” sistemidir.”

“Bir qrup senator boş vəzifələrə hökumət təyinatlarının taleyini həll etməklə, Amerikanın xarici siyasətinə əngəl törədə bilirlər. “

“Ən böyük drama isə Metyu Brayzanın təyinatı ətrafındadır, Azərbaycana hökumətin təklif etdiyi səfir namizədi ətarfında” .

“Polyak əsilli Brayzanın taleyi asılı qalıb iki senatordan – Kaliforniyadan olan Barbara Bokserdən və Nyu Cersidən olan Robert Menendezdən. Onların hər ikisi Koqresdəki erməni lobbisinin carçılarıdır”.

“MİNUSLAR GÜRCÜSTANLA BAĞLIDIR”

De Vaal yazır: “Brayzanın Qafqaza göndərilməsinin mənfi və müsbət tərəfləri var. Ancaq minuslar Gürcüstan ətrafındadır, Azərbaycan ətrafında yox.”

Tomas De Vaal iki il əvvəl Gürcüstan-Rusiya müharibəsi dövrünə işarə edir: “ 2008-ci ildə işlər əyri gedəndə, Brayza siyasət cəbhəsinin önündə dayanan adam idi. İndiyə kimi o, Cənubi Osetiya ətrafında müharibənin qabağını ala bilməyən şəxs kimi qiymətləndirilir.”

“Ancaq Azərbaycan Gürcüstan deyil. Bir çox baxımdan Brayza və Bakı bir-birlərinə uyğundurlar. Brayza Qarabağ problemi ilə də yaxından tanışdır”.


“ERMƏNİSTAN ŞAD OLARDI”


“Məsələnin gülməli tərəfi odur ki, Ermənistan Brayzanı Bakıda səfir görməyə şad olardı. Ermənistan bildirir ki, Brayzanın nominasiyası ilə heç bir problemi yoxdur.

Ermənistan başa düşür ki, Bakıda uzun müddət Amerika səfirinin olmaması Azərbaycanın əsəblərini gərir, Bakını Moskvaya doğru itələyir, Amerikanın təsir imkanını daraldır.

Ermənistana tez-tez səfər etmiş, Qarabağı tanıyan bir şəxsin Bakıda Amerika səfiri olmasından Ermənistan yararlana bilər. Bu o deməkdir ki, yeri gələndə Brayza Azərbaycanın erməni tərəfə iddialarına (Qarabağ münaqişəsinin o biri tərəfi terrorçulardan, narkotik alverçilərindən ibarətdir, erməni tərəfi çox dərin kasıblıq içində yaşayır) qarşı çıxa bilər.”


ERMƏNİ MİLLİ KOMİTƏSİ BRAYZƏNİ NİYƏ XOŞLAMIR?

Tomas De Vaal yazır ki, “problem Ermənistanla bağlı deyil. Problem Amerika ermənilərinin bir fraksiyası ətrafındadır.

Daşnak Təşkilatının və Amerika Erməni Milli Komitəsinin dayağı ilə Menendezin qaldırdığı suallar Brayzanın bəzi Türkiyə və Azərbaycan rəsmiləri ilə münasibətlərinə , Brayzanın Bosfordakı toyuna aid idi.

Türkiyəli qadınla evli olmasından Bryazanın özünü xoşbəxt hiss etməsini deməsi ilə bu suallara son qoyuldu.

Ancaq Erməni Milli Komtəsinin əsində xoşuna gəlməyən – Brayzanın öz vəzifələrində açıq ermənipərəst xətt yeritməməsidir.

DİVARA SIXILAN MENENDEZ NƏ DEDİ?

De Vaal yazır: “Washington Post” qəzetinin divara sıxdığı Menendez etiraf edib ki, “mənim Cənab Brayzanın nominasiyası əleyhinə çıxmağımın kökündə erməni xalqına hörmətim durur”. O deyib: “Genosidi tanımayan diplomatı regiona göndərməməliyik”.”

De Vaal bununla bağlı yazır : “Genosid məsələsinə toxunmaq maraqlı sual yaradır. Brayza yeganə rəsmidir ki, Amerikanın rəsmi siyasətini açıq və qəti bildirib: 1915-ci il qırğınına və Osmanlı imperiyasından ermənilərin deportasiyasına “genosid” deyilə bilməz.”

De Vaal xatırladır ki, hətta prezident Obama 1915-ci il hadisələri haqda hər sözü desə də, genosid sözünü heç vaxt işlətmir.

Bəs indi necə olsun? Amerikanın təxminən 180 səfiri var. Onların hamısı indi bir-bir gəlib Senatın qabağında testdən keçsin ki, onlar soyqırımını tanıyırlar yoxsa yox?

Sonda müəllif yazır ki, Menendez və Bokser diaspora ermənilərinin siyasətini yeridirlər. Bununla da Amerikanın regiona cəlb olunmasını girovda saxlayırlar.
Senatı 18-ci əsr Seyminə çevirmək axtarışında bunların sonrası nə olacaq?
XS
SM
MD
LG