Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:55

Kim, hardan, nə qədər qrant alır?


GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ "İRƏLİ"YƏ YARIM MİLYON MANAT VERİB

Azərbaycanda bəzi nazirliklər qeyri-hökumət təşkilatlarına qrant verən ən böyük donorlardan birinə çevrilir. Bunların arasında ən böyüyü də Gənclər və İdman Nazirliyidir. Ədliyyə nazirliyinin bugünlər internet saytında yaydığı məlumata görə Gənclər və idman nazirliyi 2010-cu il yanvarın 1-dən sentyabrın 28-ə qədər olan müddətdə ölkədəki gənclər təşkilatlarına 1 160 000 manatdan çox qrant verib.

Ədliyyə Nazirliyinin rəsmi məlumatında Xarici İşlər və Səhiyyə Nazirliklərinin də qrantlar verdiyi qeyd edilir. Amma onların il ərzində ictimai qurumlara verdikləri bu cür pulların ümumi məbləği 50 min manatı keçməyib.

Gənclər və İdman Nazirliyinin verdiyi qrantların analizi isə daha maraqlı bir nəticəni ortaya çıxardı. Belə ki, rəsmi hesabatda qeyd olunur ki, bu Nazirlik 2010-cu il yanvarın sonlarında bir ay içərisində “İrəli” ictimai Birliyinin eyni zamanda 12 layihəsini maliyyələşdirib. Və bu layihələrə görə Nazirlik “İrəli”yə dövlət büdcəsindən 493.944 manat verib.

Ədliyyə Nazirliyi həmin qrant müqavilələrini bu cür rəsmi qeydiyyata alıb:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2010-cu ildə qeydiyyata alınmış qrant müqavilələri (qərarları) haqqında məlumat

Donorun adı

Resipiyentin adı

Qrantın məbləği (manatla)

Qrantın məqsədi

Müqavilənin qeydə alınma tarixi

128

Gənclər və İdman Nazirliyi

“İrəli” ictimai birliyi

37.909

Elektron Azərbaycan tarixi kitabxanası

2/4/2010

133

Gənclər və İdman Nazirliyi

“İrəli” ictimai birliyi

39.555

“Art Kamp”

2/4/2010

130

Gənclər və İdman Nazirliyi

“İrəli” ictimai birliyi

39.840

İrəlidə

2/4/2010

132

Gənclər və İdman Nazirliyi

“İrəli” ictimai birliyi

39.840

Regionlarda olan gənclər üçün menecment məktəbi

2/4/2010

134

Gənclər və İdman Nazirliyi

“İrəli” ictimai birliyi

40.050

İnformasiya Texnologiyaları Akademiyası

2/4/2010

137

Gənclər və İdman Nazirliyi

“İrəli” ictimai birliyi

40.100

“Mənim Azərbaycanım”

2/4/2010

135

Gənclər və İdman Nazirliyi

“İrəli” ictimai birliyi

40.450

İnformasiya Texnologiyaları –Yeni mərhələdə

2/4/2010

136

Gənclər və İdman Nazirliyi

“İrəli” ictimai birliyi

40.550

“Bələdiyyə – 2009: Yerli özünüidarəetmə orqanlarına seçkilərdə gənclərin iştirakının stimullaşdırılması”

2/4/2010

129

Gənclər və İdman Nazirliyi

“İrəli” ictimai birliyi

40.950

Arxeoloji Düşərgələr

2/4/2010

131

Gənclər və İdman Nazirliyi

“İrəli” ictimai birliyi

41.660

Media Akademiya

2/4/2010

154

Gənclər və İdman Nazirliyi

“İrəli” ictimai birliyi

44.740

Gənc liderlər üçün Qış Universiteti

2/4/2010

153

Gənclər və İdman Nazirliyi

“İrəli” ictimai birliyi

48.300

Milli diskussiyalar

2/4/2010

CƏMİ

493.944


GƏNCLƏR TƏŞKİLATI YARIM MİLYONLUQ LAYİHƏNİ BİR AYA ALIB

Nazirliyin "İrəliyə" verdiyi yarım milyon manata yaxın qrant Ədliyyə Nazirliyində eyni gündə - 2010-cu il fevralın 4-də qeydiyyata alınıb.

"Qrant haqqında" Azərbaycan Respublikasının Qanununa görə Azərbaycanda fəaliyyət göstərən bütün qeyri-kommersiya qurumları aldıqları qrantlar haqqında müqaviləni ən geci bir ay müddətində qeydiyyat üçün Ədliyyə Nazirliyinə göndərməlidirlər.

Nazirlik isə ən geci bir həftə ərzində onları qeydə alıb həmin qeyri-hökumət təşkilatına bu barədə bildiriş verməlidir. Bu hüquqi-prosedur zamanlarını nəzərə alsaq, Gənclər və İdman Nazirliyinin “İrəli” İctimai Birliyinin 12 layihəsini maliyyələşdirmək qərarını 2010-cu il yanvarın ilk günlərində verdiyini söyləmək olar. (Azərbaycanda müstəqil və müxalifət yönümlü media “İrəli” İctimai Birliyinin prezident İlham Əliyevin siyasi kursunu müdafiə edən gənclər klubu kimi təqdim edirlər.)

ƏN BÖYÜK QRANTI BMT QAÇQINLARA...

Yeri gəlmişkən, "Qrant haqqında" Qanunun İcrası haqqında prezidentin fərmanına görə Azərbaycanda işləyən qeyri-kommersiya qurumları aldıqları yardımlar haqqında məlumatları Ədliyyə Nazirliyinə, kommersiya qurumları İqtisadi İnkişaf Nazirliyinə, dini təşkilatlar isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumat verirlər.

Həmin idarələr də ildə bir dəfədən az olmayaraq, qeydə alınmış qrant müqavilələri haqqında mətbuata məlumat verməlidirlər. Ədliyyə Nazirliyi qanunun bu tələbinə əməl edərək artıq bu ilin əvvəlindən sentyabrın 28-ə qədər olan dövrdə alınmış qrantlar haqqında qeydiyyat məlumatlarını öz saytına yerləşdirib.

Siyahıya görə ümumi məbləği 200 min ABŞ dollarından yuxarı olan qrantları aşağıdakı təşkilatlar alıblar:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2010-cu ildə qeydiyyata alınmış qrant müqavilələri (qərarları) haqqında məlumat

Donorun adı

Resipiyentin adı

Qrantın məbləği (ABŞ dolları ilə)

Qrantın məqsədi

Müqavilənin qeydə alınma tarixi

31

BP Eksplo­reyşn (Kas­pian Si) və “Ümid-98”

Azərbaycan Maarifçi Gənclər Təşkilatı

211.600

“İcma Mikro layihələrinin icra edilməsi”

1/12/2010

35

BP Eksplo­reyşn (Kaspian Si)

“Ümid-98” Hu­ma­nitar və So­sial Dayaq Mərkəzi

355.350

İcma Mikrolayihələrin İdarə Edilməsi

1/12/2010

113

Birləşmiş Mil-lətlər Təşkilatı-nın Qaçqınlar üzrə Ali Komissarlığı

ABŞ-ın “Uşaq­ların Xilası” Bey­­nəlxalq Hu­manitar Fede­rasiyası Azər­baycan Res­pub­likasındakı nümayəndəliyi

1.368.668

Qaçqın və sığınacaq axtaranlara qayğı və himayə

2/3/2010

183

Evangelischer Entwicklungsdienst e.V. (EED)

“Gənc Lider­lər” Təhsil, Tə­lim və İnki­şaf ictimai birliyi

230.000 avro

Vətəndaş idrakının artırılması, eyni hüquqlu qadınlar

2/8/2010

195

“Statoil” Abşeron şirkəti

ABŞ-ın “Uşaq­ların Xilası” Bey­­nəlxalq Hu­manitar Fede­rasiyası Azər­baycan Res­publikasındakı nümayəndəliyi

224.048

Yetkinliyə uğurlu keçid

2/18/2010

224

BP Eksploreyşn (Kaspian Si)

Qafqaz Universiteti

1.150.000

Qafqaz Univer­sitetinin tələbə şə­hər­ciyində kimya mühəndisliyi labo­ratoriyasının qurulması

3/15/2010

237

Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu

“Sosial Xidmətlər Təşəbbüsü” ictimai birliyi

249.076

Deinstitulaşdırma pilot layihəsi, qü­sur­lu uşaqlara ic­timai dəstək nümu­nələrini göstər­mək­lə Azərbaycanda uşaqların müha­fizəsi üzrə islahata yardım etmək

4/2/2010

495

“Statoil” Abşeron şirkəti

“Danimarka Qaç­qınlar Şu­rası”nın Azər­baycandakı nümayəndəliyi

335.516 avro

Kiçik və orta sa­hib­karlığın inkişafı

5/21/2010

568

Evangelischer Entwicklungsdienst e.V. (EED)

“Rasional İn­ki­şaf Uğrunda Qadınlar Cə­miyyəti” icti­mai birliyi

230.000 avro

Azərbaycanda qa­dın qeyri-hökumət təşkilatların və ic­ma əsaslı təş­ki­lat­ların gücləndiril­məsi

7/14/2010


ƏN KİÇİK QRANTI İSƏ "AZƏRSUN" ŞƏHİD AİLƏLƏRİNƏ VERİB

Ən aşağı qrant məbləğləri isə şəhid ailələrinə verilib. Ədliyyə Nazilriyinin məlumatına görə “Azərsun” Holding Respublika Şəhid Ailələrini Müdafiə Cəmiyyətinə bu ilin martında 120 manat, sentyabrında isə 80 manat qrant verib.

Cəmiyyət 120 manata imkansız şəhid ailələrinə Novruz bayramı üçün 15 pay ərzaq məhsulu, Ramazan bayramı üçün isə 80 manata 10 pay ərzaq məhsulu alıb.
XS
SM
MD
LG