Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:47

««Minbaşı» seçiciləri zorla məntəqəyə gətirir»


“Qarabağ” blokunun 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədi Qorxmaz İbrahimlinin seçki qərargahının məlumatına görə, məntəqələrdə «karusel» əməliyyatına start verilib, eyni seçicilər avtomobillərlə müxtəlif məntəqələrə səsverməyə aparılır.

Məlumatda deyilir ki, 4 saylı məntəqədə seçicilər topa halda məntəqəyə salınır, kütləvi şəkildə səsvermə gedir, qutulara nəzarət etmək mümkün deyil:

“Eyni zamanda, özünü “minbaşı” adlandıran bir nəfər seçiciləri zorla məntəqəyə gətirir. “Minbaşı” bu işi komissiya sədrinin təlimatı ilə gördüyünü də gizlətmir. Giriş-çıxışlarda dayanan xüsusi adamlar seçicilərə təzyiq göstərirlər. 3 saylı məntəqədə arxa qapıdan gələn naməlum şəxslər səs verirlər. 5 saylı məntəqədə də bir nəfər bir neçə dəfə səs verir. 9 saylı məntəqədə qeydiyyatı olmayan şəxslərin səs verməsi, barmaqların yoxlanılmaması aşkar olunub”.

Seçki qərargahının məlumatına görə, DSK sədri İsgəndər Əliyev qanun pozuntuları ilə bağlı Qorxmaz İbrahimlinin səlahiyyətli nümayəndəsi Əfqan Əsədovun verdiyi sənədi qəbul etməkdən imtina edib, hətta onu təhqir etməkdən və həbslə hədələməkdən də çəkinməyib.

10 saylı Binəqədi üçüncü dairə seçki komissiyasından bildirdilər ki, sədr məntəqələri gəzir. DSK üzvü Zülfiyyə Hacıyeva isə AzadlıqRadiosuna dedi ki, məntəqələrdə baş verənlərdən xəbərləri yoxdur. Əgər belə məlumat varsa, mütləq yoxlayacaqlar.

SEÇKİLƏRİ BURADA MÜZAKİRƏ ET
XS
SM
MD
LG