Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:52

Nüfuzlu mükafat Mişel Uelbekə verildi


Fransızdilli ədəbiyyatın ali mükafatı - 2010-cu ilin Qonkur mükafatı yazıçı Mişel Uelbekə verilib.

52 yaşlı Uelbek bu mükafata satirik "Xəritə və Ərazi" romanına görə layiq görülüb.

Əsər bir gənc rəssamın köhnə "Mişelin" yol xəritələrinin fotosunu çəkməklə sənət əsəri yaratması haqqındadır.

Amma bir müddət qabaq Fransanın ədəbiyyat saytlarından biri - Slate.fr yazıçını plagiatlıqda - "Vikipediya" İnternet ensiklopediyasından və bir sıra başqa saytlardan mətnləri istinadsız əsərinə daxil etməkdə günahlandırmışdı.

Yazıçı isə bu iddianı gülünc adlandırmışdı, bədii tekstləri məlumat mətnləri ilə sintez etməyin onun üslub xüsusiyyəti olduğunu demişdi.

Buna baxmayaraq kitab haqda müsbət rəylər dərc edilmiş, "Liberation" qəzeti romanı hətta "şedevr" adlandırmışdı.

Qısa siyahıda 4 yazar vardı. "Qonkur"un münsiflər heyətinin 9 üzvündən 7-i Uelbekin lehinə, 2-i isə əleyhinə səs verib.

Yazıçı 1998 və 2005-ci illərdə də Qonkur mükafatını almağa yaxın olmuşdu.

Amma həmin dövrdə əsərlərində irqi ayrı-seçkiliyə yol verməsi, İslamı təhqir etməsi ittihamlarıyla üzləşdiyi üçün cəmiyyətin bir hissəsini özünə qarşı çevrimişdi.

Uelbeklə bağlı həmçinin oxu
Məşhur yazıçını “Vikipediya”dan oğurluqda suçlayırlar
Qərb dəyərlərini şübhə altına alan fransız yazıçının azərbaycanca əsəri çap olundu
XS
SM
MD
LG