Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:43

Xarici İşlər Nazirliyindən Dövlət Departamentinə cavab


Azərbaycanın Xarici İşlər Nazirliyi
Azərbaycanın Xarici İşlər Nazirliyi
Azərbaycanın Xarici İşlər Nazirliyi (xin) ABŞ Dövlət Departamentinin noyabrın 7-də Azərbaycanda keçirilən parlament seçkisi ilə bağlı açıqlamasına cavab verib. XİN bildirir ki, bu açıqlama Azərbaycanda təəccüb və təəssüf hissi ilə qarşılanıb:

“Belə ki, bu və ya digər ölkədə keçirilən seçkilərə qiymət verərkən Dövlət Departamentinin açıqlaması bir qayda olaraq həmin seçkilərə nüfuzlu beynəlxalq təşkilatların verdiyi qiymətlərdən köklü surətdə fərqlənmir.

Dövlət Departamenti bəyan edir ki, 7 noyabr seçkisi beynəlxalq standartlara uyğun keçirilməyib.

Həmin açıqlamada ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun, Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in Parlament Assambleyasının, Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının gəldikləri nəticəyə istinad olunur. Lakin istinad olunan sənəddə Dövlət Departamentinin verdiyi nəticəyə oxşar qiymətləndirmə yoxdur”.

XİN bildirir ki, beynəlxalq təşkilatların yaydığı sənəddə bəzi nöqsanlarla bərabər vurğulanır ki, seçki dinc və debat şəraitində keçirilib, bütün müxalifət partiyalarının iştirakı ilə səciyyələnib və müşahidə missiyaları məntəqələrin 90 faizində səsvermə prosesini müsbət qiymətləndiriblər.

Bu da onu göstərir ki, seçki bütövlükdə əhalinin etimadını qazanıb:

“Bununla yanaşı Azərbaycan hökuməti qeyd etməyi özünə borc bilir ki, demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsi dövlətin əsas hədəfidir və bu istiqamətdə görülmüş pozitiv işləri təqdir etməklə bərabər, seçki prosesində müşahidə olunan bəzi nöqsanları Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları ciddi araşdıraraq lazımi ölçü götürəcək”.

HƏMÇİNİN OXU:


ABŞ SEÇKİYƏ MÜDAXİLƏNİ PİSLƏDİ

SEÇKİLƏRİ BURADA MÜZAKİRƏ ET
XS
SM
MD
LG