Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:51

7 namizəd DSK sədrini tapa bilmir


17 saylı Yasamal 3-cü seçki dairəsinin 7 namizədi DSK sədrini tapa bilmirlər ki, ondan protokolu alıb MSK-ya şikayət edə bilsinlər. Bu barədə AzadlıqRadiosuna məlumat verən namizədlərdən biri - Bəxtiyar Hacıyev deyir ki, onlar noyabrın 10-da seçkilərin nəticələrinin ləğv edilməsi və DSK sədri Qədir Kərimovun hərəkətləri ilə bağlı 2 şikayət ərizəsi yazıblar:

“Bu gün şikayət ərizələrinin təqdim olunmasının sonuncu günüdür. DSK sədri seçki protokolunu bizə verməmək üçün gizlənir. O qəsdən belə edir ki, biz vaxtında MSK –ya şikayətlə verə bilməyək. DSK-nın katibi də sədr olmadan protokolu vermək istəmir. Ona görə biz bu gün seçkilərin nəticələrinin etibarsız sayılaraq ləğv edilməsi ilə bağlı ərizəni DSK katibinin masası üzərinə qoyub videogörüntüyə aldıq ki, sonra bundan xəbərsiz olduğunu deməsin. Çünki o ərizəni qəbul etmək istəmirdi. İkinci şikayətimiz isə DSK sədrinin protokolları bizə verməməsi ilə bağlı MSK-ya ünvanlanib”.

DSK sədri Qədir Kərimov əlaqə saxlamaq mümkün olmadı. MSK-nın sözçüsü Azır Sarıyev isə belə bir dövrdə DSK sədrinin və ya katiblərinin yerində tapılmamasını mümkünsüz sayır. Protokolun verilməsinin qəsdən yubadılmasına gəlincə, Azər Sarıyev bildirir ki, narahatçılığa əsas yoxdur: “Qanunda o müddəa da var ki, namizəd DSK-nın qərarını aldıqdan sonra 3 gün müddətində şikayət verə bilər”.

Bir çox müxalifət təmsilçiləri və müstəqil namizədlər noyabrın 7-də keçirilən parlament seçkilərində kütləvi saxtakarlıq baş verdiyini iddia edirlər. Onlar seçkilərin nəticələrinin ləğv olunmasını tələb edirlər.
XS
SM
MD
LG