Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:31

Bakıda toplaşan prezidentlər 2 sənəd imzalayıb


Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən III zirvə toplantısında iki sənəd imzalanıb.

Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran prezidentləri sahilyanı ölkələrin Xəzər dənizinə və onun resurslarına münasibətdə suveren hüquqlarını tanıdıqlarını bəyan ediblər. Bəyanatda Xəzərin hüquqi statusu haqda konvensiya layihəsi üzərində işi sürətləndirmək niyyəti vurğulanır.

Prezidentlər protokol qaydasında aidiyyatı orqanlara 3 ay ərzində Xəzər dənizində bəzi növ balıqlara 5 il müddətinə moratorium qoyulması barədə razılaşmanı hazırlamağı tapşırıblar. Həmçinin aidiyyatı qurumlara 3 ay müddətində sahilyanı ölkənin suverenliyinin şamil edildiyi milli zonaların enini 24-25 mil olmaqla razılaşdırmağı tapşırıb”.

Sammitin yekunlarına həsr olunmuş brifinqdə Rusiya prezidenti Dmitri Medvedyev bildirib ki,
Xəzərin hüquqi statusuna dair Konvensiya bir il sonra Rusiyada keçiriləcək sahilyanı ölkələrin dövlət başçılarının zirvə görüşündə imzalana bilər.

Beş ölkə rəsmisi həmçinin Xəzər dənizində təhlükəsizlik sazişi də imzalayıb.
Sənəd terrorçuluq, mütəşəkkil cinayətkarlıq, silah, narkotik, kütləvi qırğın silahları hissələrinin qaçaqmalçılığı və brakonyerliklə mübarizə, eləcə də birgə xilasetmə işləri üzrə əməkdaşlığı nəzərdə tutur.
XS
SM
MD
LG