Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:36

ATƏT-in Astana sammiti başlanır


Dekabrın 1-də Qazaxıstan paytaxtı Astanada ATƏT dövlət başçılarının ikigünlük sammiti başlanır. 1999-cu ildəki İstanbuldakı təsis konfransından sonra birinci dəfədir ki, ATƏT dövlət başçıları bir araya gələcək.

Toplantıda 68 ölkədən nümayəndələr iştirak edəcək. 28 dövlət prezidentlər, 10-u Baş nazir, digərləri isə Xarici İşlər nazirləri səviyyəsində təmsil edilir.

BMT Baş Katibi Ban Ki Mun və ABŞ Dövlət Katibi Hillari Klinton da sammitdə iştirak üçün Astanaya gəliblər.


ATƏIT-in hazırki sədri vəzifəsini tutan Qazaxıstanın Xarici İşlər naziri Kanad Saudabayev deyib ki, sammitdə regional təhlükəsizlik məsələləri, terrorçuluq və insane alveriylə mübarizə, Qırğızıstandakı durum və Əfqanıstan müharibəsini müzakirə edə biləcəklər.

Astanada Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin də müzakirəsi gözlənilir. 1992-ci ildə yaradılan ATƏT-in Mİnsk qrupunun həmsədləri və Azərbaycanla Ermənistanın dövlət başçıları Astanaya gəliblər.
XS
SM
MD
LG