Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:48

Azərbaycanda əlillərin hansı problemləri var?


Aydın Xəlilov
Aydın Xəlilov
“Əlil insanların problemləri çox böyükdür”.

Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin rəhbəri Aydın Xəlilov deyib.

Dekabrın 3-ü Beynəlxalq Əlillər Günüdür.

Ekspert əsasən əlillərin təhsil problemini önə çəkir:

“Əlil insanlar ictimai nəqliyyatdan istifadə edə bilmirlər, təhsil ala bilmirlər. Təbii ki, bunlar olmayanda da layiqli iş tapmaq çətinləşir”.

“ƏLİLLƏR ÜÇÜN HƏR CÜR ŞƏRAİT YARADILIB”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin rəisi İbrahim Heydərov isə opponenti ilə razılaşmır. O deyir ki, bu sahədə qanunlar mövcuddur və əlillər üçün hər cür şərait yaradılıb:

“Əlillərin təhsili ilə bağlı Azərbaycanda qanunlar mövcuddur. Onların fərdi qaydada, evdə təhsil alması ilə istər səhiyyə, istərsə də təhsil nazirliyi məşğul olur. Eyni zamanda instituta daxil olmaqla bağlı heç bir məhdudiyyət yoxdur. İstənilən əlil adi qaydada instituta girə bilər. İnstitutda oxuduğu müddətdə onlara təqaüdlər başqalarına nisbətən 50 faiz çox verilir. Bu gün Bakıda gözdən əlillər və zəif görənlər üçün xüsusi internat var. Bu internatdakı əlillərin təminatı göz qabağındadır”.

“ƏN ZİDDİYYƏTLİ MƏQAMLARDAN BİRİ QANUNLARIN İCRASIDIR”

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimov isə əlillərin infrastruktur problemlərini və onların cəmiyyətə inteqrasiyası üçün qanunverici amilləri önə çəkir:

“Ən ziddiyyətli məqamlardan biri qanunların icrasıdır. Əlillərin cəmiyyətə inteqrasiyası üçün, bu tək təhsil sahəsinə aid deyil, məşğulluq və digər sahələrə də aiddir, kifayət qədər maneələr var. Bu maneələrin aradan qaldırılması üçün müvafiq normativ-hüquqi sənədlər vardır. Amma müvafiq icra hakimiyyəti orqanları bu sənədlərə riayət etmir”.

XS
SM
MD
LG