Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:51

Azad Rəhimov fəal gəncləri mükafatlandırıb


Azad Rəhimov
Azad Rəhimov
2010-cu ildə fəallığı ilə fərqlənən gənclərə müxtəlif nominasiyalar üzrə «Yaxşıların yaxşısı - 2010» mükafatları təqdim olunub.

Təltif olunanlar gənc idmançılar, tələbə gənclər təşkilatı, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələridir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Tələbə Gənclər Təşkilatının sədri İsmayıl İsmayılov tələbə-gənclər işindəki xidmətlərinə görə təltif olunub.

Gənclər və İdman naziri Azad Rəhimov 2010-cu ilin uğurlu olduğunu bildirib. Azərbaycan idmançılarının il ərzində mötəbər yarışlarda iştirak etdiyini xatırladan nazir onların yüksək nəticələr qazandığını deyib.

Azad Rəhimovun fikrincə, yekunlaşmaqda olan il idman qurğularının tikintisi baxımından da yadda qalıb. Nazirin sözlərinə görə, olimpiya idman komplekslərinin tikintisi 2011-ci ildə də davam etdiriləcək.

Nazir vurğulayıb ki, rəhbərlik etdiyi qurum 45 gənclər təşkilatının layihəsini maliyyələşdirib. Onun sözlərinə görə, bu işlərə 1 milyon manat maliyyə vəsaiti xərclənib.
XS
SM
MD
LG