Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:47

Tunis prezidenti Səudiyyə Ərəbistanına qaçıb


Hakimiyyətdən uzaqlaşdırılmış və ölkəni tərk etmiş Tunis prezidenti Zine əl Abidin Ben Əli ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına gedib.

Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi məlumatı təsdiqləyib.
Prezidentin səlahiyyətlərini yeni seçkiyədək baş nazir Məhəmməd Qannuşi üzərinə götürüb.

Bir neçə həftə idi ki, Tunisdə işsizliyin səviyyəsinin artması və korrupsiyaya qarşı kütləvi aksiyalar keçirilirdi.

Polislə toqquşmalarda onlarla nümayişçi ölüb.

Hökumət ölkədə komendant saatı tətbiq eləsə də gərginliyi yatıra bilmədi və sonda 23 ildən çox idi ki, ölkəni idarə edən prezident ölkədən qaçmalı oldu.

ABŞ və Avropa Birliyi ölkə sakinlərini sakitliyə və mümkün qədər dinc yolla yeni hökumət yaratmağa çağırıblar.
XS
SM
MD
LG