Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:34

Prezidentliyə keçmiş namizəd ev dustağı edilib


Vladimir Neklyayev təcridxanadan buraxılır - 29 yanvar 2011
Vladimir Neklyayev təcridxanadan buraxılır - 29 yanvar 2011
Yanvarın 29-u istintaq tədricxanasından şıxan Belarus prezidentliyinə keçmiş namizəd Vladimir Neklyayev ev dustağı edilib.

Onun internet və telefondan istifadə etməsi, habelə pəncərəyə yaxınlaşması qadağan edilib.

Bu barədə jurnalistlərə Neklyayevin həyat yoldaşı məlumat verib.

Prezidentliyə sabiq namizədin xanımının sözlərinə görə, Neklyayev yalnız vəkilləri və onunla görüşə bilir.

Evin içərisində olan təhlükəsizlik xidmətinin əməkdaşları daima ona göz qoyurlar.

Prezidentliyə 3 namizəd də daxil olmaqla dekabrın 19-da Belarusda keçirilmiş prezident seçkisindən sonra həbs olunmuş müxalifətçilərin 30-u hələ də həbsdədir.
XS
SM
MD
LG