Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:26

Prezident və xanımının hesabları donduruldu


Tunisin devrilmiş prezidenti Ben Ali və xanımı Leyla Trabelsi
Tunisin devrilmiş prezidenti Ben Ali və xanımı Leyla Trabelsi


Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri yanvarın 31-də öz ölkələrində Tunisin devrilmiş prezidenti Ben Ali və xanımına aid bütün hesabları döndurmaq qərarına gəliblər. Bu barədə Tunisin yeni hökuməti Brüsselə müraciət etmişdi.

On illərlə Tunisdə hakimiyyət başında olmuş Ben Ali yoxsulluq və korrupsiyaya etiraz olaraq keçirilən kütləvi aksiyalara tab gətirməyərək iki həftə əvvəl ölkədən qaçıb.

Keçmiş prezidentin və xanımı Leyla Trabelsinin Tunisdə iqtisadiyyatın əksər hissəsini şəxsi biznesləri kimi əllərində saxladıqları, ölkənin korrupsiya içərisində olması barədə ittihamlar səslənir. Fransa mediasının xəbərinə görə Leyla Trabelsi Tunisi tərk edib Səudiyyə Ərəbistanına qaçarkən Milli Bankın 1.5 ton qızılını da özüylə aparıb.
XS
SM
MD
LG