Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:35

Misirdə qarşıdurmada azı bir nəfər həlak olub, 600 nəfər yaralanıb


Qahirədə kütlə-kütləylə toqquşur
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00
Direct-ə keçid

Tahrir meydanı ətrafında prezident Mubarak tərəfdarları ilə onun istefasını tələb edənlər arasında kütləvi toqquşmalar baç verir. Qarşıdurma fevralın 2-də Misir hakimiyyətini dəstəkləyən insanların Tahrir meydanına axışıb artıq bir həftə bu meydanda etir

1 nəfər həlak olub, 600 nəfər yaralanıb

Misirin Səhiyyə naziri Ahmed Sameh Farid "Associated Press" agentliyinə bildirib ki, qarşıdurmada bir nəfər həlak olub, 600-dən çox adam da yaralanıb.

Tərəflər axşam saatlarında sakitləşiblər. Amma paytaxtın müxtəlif yerlərində onların ayrı-ayrılıqda etiraz askiyaları davam edir. Jurnalistlər atəş səsləri eşitdiklərini bildirirlər.

Ağ Evin sözçüsü Robert Gibbs Vaşinqtonda mətbuat konfransında deyib ki, Misirdə zorakılıq dərhal dayandırılmalı, dünən axşam haqında danışılan dəyişiklik prosesinə bir an öncə başlanmalıdır:

- Dəyişiklik zamanı gəlib, Misir xalqı yenilik görmək istəyir. Müxalifət nümayəndələrinin də daxil olduğu və azad, ədalətli seçki prosesinə başlamaq lazımdır.

BMT və Avropa Birliyi tərəfləri zorakılığa son qoymağa çağırıblar.
Səhər saatlarında Misir Ordusu xalqı meydanlardan çəkilib normal həyata dönməyə çağırıb.

***

Qahirədə Mübarək tərəfdarları ilə əleyhidarları arasında kütləvi toqquşma

Fevralın 2-də Misir paytaxtı Qahirənin mərkəzində - Təhrir meydanında prezident Mübarəkin əleyhdarları ilə tərəfdarları arasında toqquşma baş verib.

Misir hadisələri
Misir görüntüləri
Tərəflər bir-birinə daş atır. Bəzilərinin əllərində dəyənəklər var.

İzdihamın hərəkəti zamanı yıxılanlar, ayaq altda qalanlar var.

Ölən və ya yaralananlar haqda hələlik məlumat yoxdur.

Hazırda toqquşmalar davam edir. Mübarəkin tərəfdarları tələb edirlər ki, etirazçılar meydandan dağılışsınlar.

Mübarək tərəfdarları meydana dəvə üstündə, at belində də girirlər. Etirazçılar onların bəziləri yerə yıxıb vurmaqdadır.

Mübarək tərəfdarlarının sayının yüzlərlə, bəzi mənbələrdə isə minlərlə olduğu deyilir.

Daxili İşlər Nazirliyi isə dövlət televiziyasında bunu təkzib edib.

Onların çoxunun mülki geyimli polis olduğunu deyənlər də vat.

Ordu hələ ki məsələyə qarışmır.

Bundan bir neçə gün qabaq ordu bildirmişdi ki, xalqa qarşı silah istifadə etməyəcək, ancaq təhlükəsizliyi qoruyacaq.

FOTOSESSİYA

Mübarək dövlət TVkanalənda xalqa müraciət etdi

Misir prezidenti Hüsnü Mübarək xalqa müraciətində sentyabrda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bəyan edib.

Misir hadisələri
Misir görüntüləri
82 yaşlı Mübarək səlahiyyət müddətinin qalan hissəsini hakimiyyətin dinc yolla ötürülməsinin təmin olunmasına həsr edəcəyini söyləyib:

«İndi mənim əsas vəzifəm hakimiyyətin növbəti seçkilərdə kimliyindən asılı olmayaraq xalqın seçdiyi şəxsə dinc yolla ötürülməsi üçün ölkədə təhlükəsizliyi və sabitliyi bərpa etməkdir. Tam səmimiyyətlə deyirəm, hazırda baş verənlərdən asılı olmayaraq, mən növbəti müddətə prezident seçilmək niyyətində deyiləm. Mən həyatımın həddən artıq hissəsini Misirə və onun xalqına xidmətə həsr etmişəm. Lakin indi xalqım naminə səlahiyyətimi başa vurmağa qərarlıyam».

Mübarəkin xalqa müraciətinə münasibət bildirən ABŞ prezidenti Barak Obama deyib ki, o, Misir lideri ilə əvvəlki söhbətində prezident Mübarək razılaşıb ki, status-kvonu saxlamaq mümkün deyil, dəyişiklik baş verməlidir. Obama Misir xalqının böhrandan çıxış yolunu tapacağına inandığını bildirib:

«Misir xalqına, xüsusilə də Misirin gənc nəslinə üzümü tutub deyirəm: biz sizin səsinizi eşidirik. Məndə böyük inam var ki, siz öz taleyinizi özünüz müəyyən edəcək və öz uşaqlarınızın və nəvələrinizin daha yaxşı gələcəyi üçün verdiyiniz vədlərin üstündə duracaqsınız».

Müxalifətin islahatçı liderlərindən olan Məhəmməd əl-Baradeyi Mübarəkin çıxışını xalqı aldatmaq cəhdi kimi qiymətləndirib.

Etirazçı kütlə hələ Prezidetn Sarayına yürüş eləmir

Müxalifət partiyalarının, o cümlədən “Müsəlman qardaşlığının” da qatıldığı qrupunun verdiyi bəyənadda müxalifət Konstitusiyanın dəyişdirilməsinə və übarəki dəyişmək üçün koalisyon keçid hökuməti yaradılmasının vacibliyini bildirib.

Müsəlman qardaşlığı təşkilatı da öncə Baradeinin Misir hərbçiləri ilə aparılacaq danışıqlara rəhbərlik etməsiylə razılaşmışdılar. Ancaq sonra fikilərini dəyişdilər.

“Müsəlman Qardaşlığı” təşkilatı da bəyanat yayaraq bildirib ki, “heç bir halda Mübarək hakimiyyəti ilə danışıqlara getməyəcəklər.

Misir hadisələri
Misir görüntüləri
Təhrir meydanı və ətrafına toplaşan kütlə ilkin olaraq Prezidetn sarayına yürüş etməsi planlaşdırılmışdı. Ancaq meydandan saraya gedən yolda tanklar və əsgərlər olduğundan müxalifət liderləri yetərincə adamın toplaşmağını gösləyirlər ki, kütlə meydana sıxmayanda özü hərəkət eləsin.

Bəzi müxalifət liderləri ümumilli tətil də élan edib ki, insanları lazım olan qədər meydanlarda saxlaya bilsinlər.

Misir müxalifəti vahid "xalq cəbhəsi" yaradır, Prezident sarayına yürüşə çağırır


Misir paytaxtı Qahirədə müxtəlif hesablamalara görə bir nüçə yüz mindən 2 milyona qədər adam keçələrə çıxıb prezident Mubarəkin istefasını tələb edir. Təhrir meydanında toplaşan etirazçılar artıq küçələrə də yayılıb. Misirdən canlı yayımlanan CNN və Əl-
Cəzirrə xəbər verir ki, etirazçılar Prezident Sarayına doğru yürüş edib istefa tələbini burda səsləndirmək istəyirlər.

Bu arada Misirin ən yaşlı partiyası , Wafd bəyanat yayıb. Bəyanatda deyilir ki, müxalifət qrupları arasında vəziyyətə nəzarət etmək üçün “xalq cəbhəsi” yaratmaqla bağlı razılıq əldə edilib. Wafd bəyan edir ki, prezident Hüsnü Mübarəkin hakimiyyəti artıq legitimliyini itirib.

Bir qədər əvvəl qadağan edilən “Müsəlman Qardaşlığı” təşkilatı da bəyanat yayaraq bildirib ki, “heç bir halda Mübarək hakimiyyəti ilə danışıqlara getməyəcəklər.
Daha öncə bir neçə müxalifət partiyası prezident Mübarəki hakimiyyəti yeni təyin etdiyi vitse-prezident Ömər Süleymana təhvil verməyə çağırmışdılar. Və Süleymanla danışıqlara hazırlaşdıqlarını bildirmişdilər.

***

"Mübarək cümə gününə kimi istefaya getmçəlidir ki, qan tökülməsin"

Yüz minlərlə insan Qahirədə, Təhrir meydanına toplaşıb prezident Hüsnü Mübarəkin istefasını tələb edir. Misirin Aleksandriyada və digər şəhərlərdə də etiraz mitinqləri gedir.

Müxalifət lideri, Nobel mükafatı lauratı Məhəmməd Əl Baradei Misir prezidentini cümə gününə kimi istefa verməyə çağrıb ki, qan tökülməsinin qarşısını alsın.

Baradei Mübarəkdən sonrakı dövrlə bağlı müzakirələrə ehtiyac olduğunu da deyib.

Qahirədə Mübarək tərəfdarlarının da nümayişi keçir. Eskpertlər bu əks-tərəfllərin toqquşmasından narahatdırlar.


***

Qahirədə Təhrir meydanında 100 minlərlə adam toplaşıb


Hal hazırda Qahirədə Təhrir meydanın 100 mindən insan toplaşıb. Etirazçılar Misir prezidenti Mübarəkin istefasını tələb edir. Şəhərin hər yerindən minlərlə adam meydana gəlir. Qahirədə həyat donub, insanlar mitinqə axışır.

Aksiyada Misirin bütün müxalif qüvvələri, o cümlədən "Müsəlman Qardaşlığı" təşkilatının fəalları da iştirak edir. Ordu aksiyaya mane olmur.

Qahirədə Təhrir meydanı, 1 Fevral 2011-ci il
***

Türkiyə Baş naziri Mübarəki "xalqa qulaq asmağa" çağırdı


Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Misir preidenti Hüsnü Mübarəki xalqa qulaq asmağa çağırıb. Ədalət və İnkişaf Partiyasının toplantısında çıxış (bu çıxış Al-Jazzera telekanalı ilə canlı yayımlanıb) edən Ərdoğan bildirib ki, xalqın gözünü, könlünü, qulağını qapadan iqtidarlar uzunömürlü ola bilməz. Xalqa qarşı olan heç bir iqtidar ayaqda qala bilməz. Biz özüçmüz üçün nə istəyiriksə, dostlarımız-qardaşlarımız üçün də bunu istəyirik".

Ərdoğan birbaşa Mübarəkə mürciət edərək deyib: “Biz insanıq, biz faniyik. Daimi deyilik. Hər birimiz öləcəyik və o dünyada arxada buraxdıqlarımza görə sorğu-sual edilcəyik. Hamımız gəldi-gedərik. Ən yaxşısı özümüzdən sonra xoş şeylər qoyub getməkdir. Hörmətlə xatırlanaq, rəhmətlə yad edilək. Bu dünyadan bircə kəfəndə gedəcəyik. Odur ki, kəfənin qədir-qiymətini bilək. Həm vicdanımızın, həm xalqımızın səsinə, onların xeyir-duasına və ya bəd duasına hazır olaq. Xalqın hayqırtısına qulaq verək.

Ərdoğan Misirdəki etirazçılara da müraciət edib. Deyib ki. “Demokratioya və azadlıq hər kəsə verilən bir haqdır. Silahdan uzuq durun, amma mədəniyyətinizə sahib çıxın. Hüquqlarınız üçün mübarizə aparın. Layiqli mübarizə aparın. Misridə istər əsgər, istər polis, istərsə də adi cammatdan heç kimin xəsarət almasını istəmirik.

***
Təhrir meydanı, səhər tezdən

Misirdə milyonlu mitinq başlayır


Fevralın 1-də səhər tezdən başlayaraq 10 minlərlə insan Qahirədəki Təhrir (Azadlıq) meydanına yığışmağa başlayıb. Dünəndən müxalifət Prezident Hüsnü Mübarəkin istefası tələbiylə “milyonların yürüşü”nü keçirəcəyini bildirmişdi.

Təhrir meydanının bütün girişləri etirazçıların özləri və ordu tərəfindən qorunur. Etirazçılar özləri meydana silah gətirilməyəcəyinə əmin olmağa çalışır.

Meydana gedən yollar müasir amerikan və köhnə sovet tanklarıyla doludur. Qahirə səmalarında hərbi vertolyotlar dövrə vurur.

Ordu dinc əhaliyə atəş açmayacağını bəyan edib. Hərbçilərin sözçüsü Ismail Etman bildirmişdi ki, “Silahlı qüvvələr heç vaxt xalqa qarşı istifadə olunmayub və bundan sonra da olmayacaq. Çünki hər kəsin dinc etiraz hüququ var”.

Tunisdə uzun illər ölkəyə rəhbərlik edən Ben Alinin Yasəmən inqilabıyla ölkədən qaçmasından sonra, yanvarın 25-də Misirdə də etirazlar başlayıb. Xaotik şəkildə başlanan etirazlarda polislə toqquşmalardan sonra 100-dən artıq adam həlak oldu.

Fevralın 1-də keçirilən milyonluq mitinqdə adamlar daha nizmalıdırlar.Bəzi könüllülər “xalq təhlükəslizyi” yazısı olan geyimlər geyib, onlar deyirlər ki, hökumətin təxribatçılarının aralarına qarışmasının qarşısını almağa çalışacaqlar.

Misir hadisələri
Misir görüntüləri
Hökumət Misirdə bütün nəqliyyatı, o cümlədən dəmiryol nəqliyyatıənı dayandırıb. Qahirədən başqa Aleksandriya, Suez, Masnoura və Fayoum kimi etirazların çox güclü olduğu şəhərələrə gedən yollar da bağlanıb.

Prezident Mubarək istefa vermək əvəzinə hökuməti istefaya göndərib, yeni nazirlər təyin etsə də, etirazçılar, və AŞ hökuməti də bunun yetərli olmadığını açıqlayıblar.

Misirdə hələ də internet və mobil əlaqə problemlərlə işləyir. Bu arada Google élan edib ki, yeni texnoloji nailliyətdən istifadə edərək Misirlilər internet və mobil əlaqəni əvəz edə bilərlər.

Etirazçılar deyirlər ki, 30 il Misirə rəhbərli kedən Mübarək hakimiyyətdən getməyənə qədər onlar da küçələrdən gedən deyillər.
XS
SM
MD
LG