Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:40

Gənc fəalı həbs edən polis İdarəsini məhkəməyə verirlər


Fevralın 10-da İnsan Haqları Evində narkotik ittihamı ilə həbs edilən AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanın hüquqlarını müdafiə komitəsinin toplantısı keçirilib.

Vəkil Əsabəli Mustafayev bildirib ki, polis bölməsində saxlandığı vaxt Cabbar Savalanın təqsirsizlik prezumpsiyası və digər hüquqları pozulub.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs saxlanan kimi vəkillə təmin edilməyib.

Elə bu səbəbdən də onlar Sumqayıt Şəhər Baş Polis İdarəsini məhkəməyə veriblər.

Tədbirdə iştirak edən gənclər təşkilatlarının nümayəndələri isə bildirblər ki, Cabbar
Savalan haqqında seçilən 2 aylıq həbs qətimkan tədbiri başa çatana qədər etiraz aksiyaları keçirəcəklər.
XS
SM
MD
LG