Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:32

İsrail vətəndaşlarını Azərbaycana səfər etməməyə çağırıb


İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşlarına yaxın günlərdə 9 ölkəyə səfər etməkdən çəkinməyi məsləhət görüb.

İsrail vətəndaşlarının səfər etməsi məqbul sayılmayan ölkələr sırasında Azərbaycanın da adı var. Bundan başqa siyahıda Gürcüstan, Ermənistan, Türkiyə, Venesuela, Misir, Fİl Dişi Sahili, Mali və Mavritaniya da var. Xəbərdarlıq “Hizbullah”ın liderlərindən İmad Muqniyenin ölümünün üçüncü ildönümü ilə əlaqədardır.

Yanvarın 31-də ABŞ və Böyük Britaniya da öz vətəndaşlarına Azərbaycanda gözlənilən mümkün terror təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər. Lakin təhlükənin xarakteri və məlumatın mənbəyi barədə heç bir şərh verilməyib. /APA/
XS
SM
MD
LG