Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:32

Umberto Eko ziyalıların Berluskoniyə qarşı hərəkatının önündə (VİDEO)


İtaliyanın Milan şəhərində baş nazir Silvio Berluskoninin istefası tələbilə keçirilən yürüşlərə dünyaca məşhur yazıçı Umberto Eko da qoşulub.

"Qızılgülün adı", "Fukonun kəfkiri" kimi məşhur əsərlərin müəllifi olan 79 yaşlı Eko - Berluskoniyə qarşı çıxan italyan ziyalılarının önündə gedir.

"Biz buraya İtaliyanın şərəfini qorumaq, dünyaya bütün italyanların onun kimi olmadığını göstərmək üçün gəlmişik" - deyə Eko bu günlərdə Milanda böyük konsert zalına toplaşan aksiyaçılara müraciət edib.

Berluskonini keçmiş Misir prezidenti Mübarəklə müqayisə edən Eko "bizim demokratiyamız girov götürülüb" deyib.

Eko insanları "İtaliyanın korrupsiya uğramış ölkə imicinə qarşı üsyana" çağırıb.

Onun sözlərinə görə, hər bir italyanın "öz ölkəsinin daha təmiz olmasını arzulamaq haqqı" var.

Berluskonin fahişələrlə əlaqəsi ilə bağlı qalmaqal böyüməkdədir. Amma İtaliya boyu etirazlara baxmayaraq baş nazir istefa verməyəcəyini bildirib.

Bundan başqa Berluskoninin adı dəfələrlə korrupsiya və mafiya ilə bağlı qalmaqallarda hallanıb.
XS
SM
MD
LG