Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:24

Səfir Yaşar Əliyev «The Washington Post»a cavab verdi


Yaşar Əliyev
Fevralın 7-də «The Washington Post» qəzetinin redaktoru Fred Hayatt (Fred Hiatt) Misir hadisələrinə ABŞ-ın münasibəti və Vaşinqtonun müsəlman diktatorlarla bundan sonrakı mümkün davranışını təhlil edib.

Məqalədə Azərbaycan haqqında da bir neçə fikir səslənib:

«Azərbaycanda başqa bir dünyəvi müsəlman diktatoru olan İlham Əliyev də ABŞ-la siyasətdə islam radikalizmi kartını oynayır. Neftə ehtiyacı olan ABŞ da bu ölkədə seçkilərin saxtalaşdırılmasına, jurnalistlərin həbs edilməsinə anlayışla yanaşır. Yəni, indi ABŞ rəsmiləri Əliyevə deyəcəklər ki, status-kvo davam etdirilə bilməz?»

«AZƏRBAYCAN DEMOKRATİYAYA CAN ATIR»


Fred Hayattın yazısına cavab olaraq Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev «The Washington Post» qəzetinə yazı yazıb:

«Azərbaycan demokratiyaya can atır» başlıqlı yazıda səfir Yaşar Əliyev bildirir:

«Fred Hayattın yazısındakı İlham Əliyevin özünü demokratik seçilmiş prezident kimi nümayiş etdirə bilməməsi fikri yanlışdır.

2008-ci il prezident seçkilərini ATƏT və Avropa Şurasından olan beynəlxalq müşahidəçilər əhəmiyyətli irəliləyiş kimi qiymətləndiriblər. Bu seçkilərdə İlham Əliyevin böyük səs çoxluğuyla qalib gəlib. Bu da göstərir ki, o, cəmiyyətin iqtisadi inkişaf və demokratik islahatları davam etdirməsini istədiyi ən layiqli namizədidir».

Yaşar Əliyevin yazısında sonra da qeyd edilir:

«Azərbaycan Hayattın yazdığı kimi, heç də ABŞ-ın İslam radikalizmi qorxusu və neftə olan tələbatı ilə manipulyasiya etmir. Azərbaycan sabitlik və ABŞ daxil olmaqla bütün dost və tərəfdaşlarıyla yaxşı münasibətlər qurmaqda maraqlıdır.

Bu il Azərbaycan SSRİ-dən azad olmasının 20-ci ilini qeyd edir. Unutmayaq ki, Azərbaycan çox ağır dövrlər yaşayıb. Bu zaman ərzində Azərbaycan öz vətəndaşlarını rifaha və demokratik gələcəyə aparan güclü və müstəqil dövlətə çevrilib»
XS
SM
MD
LG