Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:57

Hərbi hissələrin birində 7 əsgər ölüb


Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir
Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir
Fevralın 20-də saat 9.40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.

Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun birgə yaydığı məlumata görə, hadisə zamanı 7 nəfər ölüb.

Ölən hərbçilər 1991 və 1992-ci il təvəllüdlüdürlər.

Məlumatda bildirilir ki, Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun əməkdaşları birgə təhqiqat aparmaq üçün hadisə yerinə ezam ediliblər.

Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

«Turan» yerli mənbələrə istinadən yazır ki, Göygöl rayonunda yerləşən hərbi hissələrin birində əsgər avtomat silahından atəş açaraq öz xidmət yoldaşlarını qətlə yetirib.

Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir.

Bir il bundan əvvəl Daşkəsəndə yerləşən hərbi hissədə iki əsgər bir neçə zabiti güllələmişdi.
XS
SM
MD
LG