Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:40

Çeçenistanda qadınlar işə başı bağlı gələcək


"Çeçenistan gözəli" yürüşünün iştirakçıları Qroznıda, 16 Sentyabr 2010-cu il
"Çeçenistan gözəli" yürüşünün iştirakçıları Qroznıda, 16 Sentyabr 2010-cu il
Çeçenistanda dövlət qulluqçuları işə daha abırlı geyimdə gəlməlidirlər. Çenejistan Baş nazirinin müavini Magomed Selimkhanov belə deyib.

Selimkhanovun “hələlik ancaq tövsiyyə xarakteri daşıyan” açıqlamasına görə, kşilər işə kostyum və qalstukda, qadınlar isə ancaq dizdən aşağı yubkalarda və başı bağlı gələ bilər.

Çeçen rəsmiləri Cümə günləri üçün xüsusi geyimin tərəfdarıdırlar. Selimkhanov deyib ki, Cümə günü müsəlmanlar üçün Cümə namazıyla eynilədiyindən, gərək dövlət qulluqçuları da həmin gün uyğun geyinsinlər. yəni qolları və ayaqları tam bağlı şəkildə.

Selimkhanov bu tövsiyyələrin ancaq məsləhət xarakteri daşıdığını deyir.
Amma Caucasian Knot agentliyi bildirib ki, artıq bununla bağlı xüsusi sərəncam da imzalanıb. Və Rusiyadakı insna haqları müdafiəçiləri və müxalifət bunu Çeçenistanda Şəriət qanunlarıyla işləyən dövlət qurmaq cəhdi kimi tənqdi edir.

Moskvanın təyin elədiyi prezident Ramzan Kadyrov özü də dəfələrlə bunu etiraf edib. 2010-cu ildə Fransız Le Figaro qəzetinə verdiyi müsahibəə deyib ki, müsəlmanların yaşadığı Çeçenistanda müsəlman Şəriətinin tətqibində pis heç nə yoxdur.
XS
SM
MD
LG