Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:42

Gömrükdə «bir pəncərə» prinsipi tətbiq edilir


Müvafiq qurumlar sadələşdirilməni üç ay müddətində təmin etməlidirlər
Müvafiq qurumlar sadələşdirilməni üç ay müddətində təmin etməlidirlər
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və gömrükdə prosedurların sadələşdirilməsi haqqında Fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi gömrük işçilərinin aylıq vəzifə maaşlarına əlavə edilsin.

Fərmanda eyni zamanda tapşırılır ki, idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması və başqa sənədləşdirmə zamanı «bir pəncərə» prinsipi tətbiq edilsin. Müvafiq qurumlar sadələşdirilməni üç ay müddətində təmin etməlidirlər.

Üstəlik fərmana əsasən, bütün gömrük ödənişləri yalnız bank və ya plastik kart vasitəsilə alınmalıdır.
Bu mövzuda həmçinin oxuyun:


Bundan başqa da, gömrük orqanlarına müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün elektron idarəetmə sistemi («elektron növbə») tətbiq edilməlidir.

Azərbaycan ictimai fəallar gömrük komitəsinin azad biznesə mane olan və ən korrpsiyalaşmış dövlət təşkilatı olduğunu deyirlər.

Prezident iki həftə əvvəl yol polisi haqqında da eyni məzmunda fərman verib.

Yanvarın sonundan Azərbaycanda rəsmi səviyyədə anti-korrupsiya kampnaiyası gedir.
XS
SM
MD
LG