Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:45

İctimai Palata parlamentə alternativ yaradır?


İctimai Palatanın iclası
İctimai Palatanın iclası
«Hər kəs ölkədə inqilab gözləyir, amma bunu başqalarının etməsini istəyir. Bunu isə bizlərdən başqa edən olmayacaq. Ona görə də İctimai Palata mitinqlərin, etiraz aksiyalarının keçirilməsi haqda qərar qəbul etməlidir».

Bu fikri İctimai Palatanın fevralın 26-da keçirilən iclasında Müsavat başqanı İsa Qəmbər səsləndirib.

İclasda bildirilib ki, əvvəlcə Bakı şəhəri İcra Hakimiyyətinə müraciət göndəriləcək, müraciətləri qəbul edilməzsə, şəhərin mərkəzində aksiyalar keçirəcəklər.

ALTERNATİV KOMİSSİYALAR...

İctimai Palata həmçinin, Milli Məclisdəki komitələrə alternativ komissiyaların formalaşdırılması haqda qərar qəbul edib. Pənah Hüseyn Təhlükəsizlik və Müdafiə Komissiyasının, Qubad İbadoğlu İqtisadi Siyasət Komissiyasının, Nemət Əliyev Aqrar Siyasət Komissiyasının, Vidadi Mirkamal Regional Təşkilatlanma Komissiyasının, Mirvari Qəhrəmanlı Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının, Ənnağı Hacıbəyli Hüquqi İslahatlar üzrə Komissiyanın, Elşən Mustafayev isə Beynəlxalq Münasibətlər və Əlaqələr Komissiyasının koordinatoru seçilib.

Arif Hacılı seçim prosesinin qeyri-demokratik keçirildiyini bildirir
İctimai Palatanın iclasında bu quruma 21 nəfər yeni üzv də seçilib.

Palatada Koordinasiya Şurasının tərkibinin genişləndirilməsi ilə bağlı namizədlərin seçim prosesinə etiraz edənlər olub. Müsavat Partiyasından Arif Hacılı bu prosesin qeyri-demokratik keçirildiyini bildirib:

BURDA DA QEYRİ-DEMOKRATİK SEÇİM?

«Biz namizədlər haqda yalnız səsvermə zamanı məlumat ala bilirik. Koordinasiya Şurasına tez-tələsik kimlərinsə seçilməsi normal deyil və mən hesab edirəm ki, bu, qeyri-demokratik seçimdir».

Belə etirazlara baxmayaraq Rauf Arifoğlu, Qənimət Zahid, Şahvələd Çobanoğlu, Ədalət Yusifli, Köçər Nağıyev, Zəfər Quliyev və Mehriban Vəzir Koordinasiya Şurasına üzv seçilib. Bununla da Koordinasiya Şurasının üzvlərinin sayı 16 nəfər olub.
XS
SM
MD
LG