Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Bizim olan və bizim olmayan gənclik...


Gülsel Səfərova
Azərbaycan Gənclərinin Avrointeqrasiya təşkilatının sədri Gülsel Səfərova və «Nida» Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər bu mövzuda fikirlərini bölüşüblər.

Gülsel Səfərova:


«Biz sadəcə, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlətçiliyin daha da güclənməsi istiqamətində gənclər siyasətinə dəstək verən qurum kimi fəaliyyət göstəririk».

Turqut Qəmbər:


«Nida» Vətəndaş Hərəkatı Azərbaycanda baş verən siyasi və sosial ədalətsizliyi qarşıdır».

«Mən Azərbaycan hökumətinin gənclər siyasətini ümumiyyətlə, görmürəm».

«Əli Əhmədov və Abel Məhərrəmovun bəyanatları qeyri-ciddidir».

«Bu, onun göstəricisidir ki, iqtidar nümayəndələrində «11 mart» aksiyası ilə bağlı ciddi narahatlıq var».

«Əllərində sübut varsa ki, bu aksiyada ermənilərin rolu var, qoysunlar ortaya».

«Faktiki vəziyyət elədir ki, bu tədbiri heç kim təşkil etmir».

Gülsel Səfərova:

«Əslində cəmiyyətdə gənclərin aktiv olması çox mütərəqqi bir haldır».

«Məsələ orada quruculuq deyil, dağıdıcılıqdısa, mən bunun əleyhinəyəm».

«11 martı» KİV çox şişirdi».

«Biz burada tam açıq şəkildə fikrilərimizi bəyan edə biliriksə, onda hər bir gəncin fikirləri qarşılıqlı hörmət əsasında qəbul olunmalıdır».

«Mən ancaq bunu eşidirəm - dağıtmaq, sökmək. Mən eşitmədim tikmək, qurmaq, islahat sözlərini».

«Mən ideoloji heç bir şey görmürəm. Mən yalnız mövcud hakimiyyətin qurduğu siyasətə alternativ variantda təhqiramiz sözlər görürəm».

«Onlar yazırlar ki, Azərbaycanı dəyişək dağıdaq».

Turqut Qəmbər:

«Orada belə şey yazmırlar. Orada yazırlar ki, bizim məqsədimiz Azərbaycanı dəyişməkdir. Çünki hazırda Azərbaycan biabırçı vəziyyətdədir».

«Orada yazırlar ki, biz bu hökumətə qarşı etiraz edirik».

«O qrupda hansısa provokatorlar nəsə yaza bilərlər».

«Orada ciddi adamlar dağıtmaqdan danışmır».

«Biz Azərbaycanda dəyişikliklərin islahatla baş verməsini istəyirik».

Gülsel Səfərova:

«Qarabağla bağlı heç bir gənc öz səsini, öz düzgün sözünü çatdırmır. Hətta ermənilərə qarşı daha tolerant olmağı bizə sövq edirlər».

«Mən heç bir ideologiyaya əsaslanmayan bir çağırış görürəm və məni o, heç nə ilə cəlb etmir. Mən orada ancaq təhqiramiz sözlər görürəm».

«Mən heç inanmıram ki, onun arxasında hansısa bir xarici dayanır. Çünki bu cür səviyyədə olan bir çağırışın arxasında heç bir xarici dayanmaz».

Turqut Qəmbər
«Onların arasında bəzi erməni əsilli tanıdıqlarım var».

Turqut Qəmbər:


«İdeologiya demokratiyadır».

«Nə vaxta qədər gözləməliyik? Belə görünür ki, bu hakimiyyət Qarabağ məsələsini həll edə bilməyəcək».

Gülsel Səfərova:

«Azərbaycanda bəzi qrup gənclər Qarabağ məsələsini 3-4-cü plana aid edirlər».

«Bəzən mən eşidirəm ki, Qarabağ heç bizə lazım deyil».

Turqut Qəmbər:

«Bizdə bu problem yoxdur».

«Bəzi iqtidar nümayəndələri insanların zəif millətçilik damarından tutub, propoqanda aparırlar ki, müxalif gənclər Qarabağı vecinə almırlar. Bu, belə deyil».

Gülsel Səfərova:


«Azərbaycan demokratik dövlətdir».

Turqut Qəmbər:


«Bu dəqiqə mövqeyini ortaya qoyan 5 nəfər həbsdədir».

Gülsel Səfərova:


«Mən onlarla tanış deyiləm və bilmirəm günah kimdədir».

«Azərbaycan öz qarşısına qoyduğu məqsədləri birdən həll edə bilməz. Buna mərhələlər lazımdır».

Turqut Qəmbər:

«Jurnalisti həbs etmək hansı mərhələdir? Elmar Hüseynovu niyə öldürüblər?»

Gülsel Səfərova:

«Mən bilmirəm kim öldürüb? Onu Daxili İşlər Nazirliyindən soruşun».

«Mən Azərbaycan gənci kimi istəyirəm ki, hər kəs azadlıqda olsun».

Turqut Qəmbər:

«Biz Azərbaycanda real demokratiya istəyirik».

«Ölkənin əsas problemi bu rejimdir. Nə qədər ki, bu rejim var, Azərbaycanda islahatlar getməyəcək».

XS
SM
MD
LG