Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:58

Adil Şirin. Xatirə mövsümü, Nur içində nur, Yurdsuz-yuvasız...



Xatirə mövsümü


Gəldi xatirə mövsümü
Başladı yarpaq tökümü
Çıxarmışam başımdan
Ayrılığı, ölümü.

Nə sərxoşam, nə dəli
Haqq dərgahında əlim
Tale dönük mən zalım
Soldun çiçəklər kimi…


Nur içində nur

Durdum
ağrımı acımı unutdum
tanrıma üz tutdum.
Ulduzları
şam kimi asıb
yollarım üstə.
Nur içində nur kimiydim –
qaranlıq
can verirdi
qollarım üstə…


Yurdsuz yuvasız


Bir müjdə göndərin mənə
ötüb keçən buludlarla
bir müjdə gözləyirəm
umudlarla.
Orda
qürbət ellərdə
halınız necədir
köçəri quşlar
gözləriniz hələ də
bulaq kimi duudurmu?
Gəlib mənə dəyir burda
orda sizə atılan daşlar.
Əmanət saxlayıram
boş qalmış yuvaları
məni də
yurdsuz-yuvasız qoydu
bu dünyanın
dəyişkən havaları…

Alatoran, 2004
XS
SM
MD
LG