Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:59

Yaponiyada ölən və itkin düşənlərin sayı 12 minə çatıb


Yaponiyada zəlzələ və sunami nəticəsində ölən və itkin düşənlərin sayı 12 minə çatıb.

İndiyədək 4 300 nəfərin öldüyü rəsmi təsdiqlənib.

Bu barədə Frans Press agentliyi Yaponiya hökumətinə istinadla xəbər verir.

İmperator Akihito bu gün televiziya ilə xalqa müraciətində ölənlərin ailələrinə başsağlığı verib.

Zəlzələdən sonra bir neçə dəfə partlayış baş vermiş Fukusimo atom elektrik stansiyasında vəziyyət gərgin olaraq qalır.

Hakim dairələr zavoddan 20 kilometr aralıda radiasiya təhlükəsi olmadığını deyir.

Beynəlxalq Səhiyyə Təşkilatı Asiya ölkələrini şualanmanın Yaponiyadan kənara çıxmasıyla bağlı yayılmış şaiələrə məhəl qoymamağa çağırıb.
XS
SM
MD
LG