Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:52

Rüstəm Behrudi "Vətən" (Şeir)

















Qarşı yatan qara dağı-yaylağım,
Düzənləri,ormanları-oylağım.
Əyilməyəm çinarları-bayrağım,-
Vətən!

Bax, gör, sevgim təzədimi, tərdimi?
Hər doğulan oğuldumu, ərdimi?
Daşlarına yazdım min il dərədimi-
Vətən!

Ağ alnıma Araz qara yazıdı,
Varaq, yol uzaqdı-qar ayazıdı,
Kərkükdü, Göyçədi, Qarayazıdı
Vətən!

Hər ağrılar, hər acılar ötəndi,
Əl uzatsam, Ərzuruma yetəndi;
…Füzulinin məzarı da Vətəndi-
Vətən!

Mənə üz tut-yurda ocaq qurana,
“Turan”-deyib Boz qurd kimi durana.
Sonun yoxdu, çevrilməsən Turana,
Vətən!

Mənim andım “Ya bütövlük,ya qandı”,
Zalım dostlar, qəbul edin bu andı.
Qara başım bu yol üstə qurbandı,-
Vətən!

1985-1990..

http://azr.baybak.com/il_2007_say_1329.azr
XS
SM
MD
LG