Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:53

Yəmən prezidenti gələn il hakimiyyətdən gedə biləcəyini deyir


Ön cərgədə soldan - Tunisin devrilmiş prezidenti Ben Ali, Yəmənin indi kütləvi etiraz aksiyaları ilə üzləşmiş prezidenti Ali Abdullah Saleh, Liviyanın öz vətəndaşlarının keçirdiyi mitinqləri bombalayan, indi də beynəlxalq kolaisya qüvvələri ilə üz-üzə qal
Ön cərgədə soldan - Tunisin devrilmiş prezidenti Ben Ali, Yəmənin indi kütləvi etiraz aksiyaları ilə üzləşmiş prezidenti Ali Abdullah Saleh, Liviyanın öz vətəndaşlarının keçirdiyi mitinqləri bombalayan, indi də beynəlxalq kolaisya qüvvələri ilə üz-üzə qal
Yəməndə 32 ildir hakimiyyət başında olan prezident Ali Abdullah Saleh bildirir ki, yalnız 2012-ci ilin parlament seçkisindən sonra hakimiyyətdən gedə bilər.

Bundan əvvəl Saleh 2013-cü ildə keçiriləcək növbəti prezident seçkisinə qədər hakimiyyətdə qalmaqda israr edirdi.
Yəmən prezidenti Ali Abdullah Saleh Sanaada çıxış edərkən, 10 mart 2011

Onun sözçüsü də deyib ki, Saleh onun əvəz edəcək adamın kimliyini bilmədən hakimiyyətdən getməyəcək.

Amma müxalifətin sözçüsü dərhal buna reaksiya verərək deyib ki, indi səslənən təkliflər sadəcə olaraq siyasi manevrdir.

Bazar ertəsi Saleh bildirib ki, onun zorla hakimiyyətdən qovulması ölkədə vətəndaş müharibəsinə gətirib çıxara bilər.

Dünən Yəmən ordusunun bir neçə yüksək rütbəli zabiti müxalifətin tərəfinə keçib.

Onlardan biri olan və əvvəllər prezident Salehin sağ əli sayılan 1-ci motoatıcı diviziyanın rəhbəri Ali Mohsen al-Ahmar qısa video müraciət yayaraq rəhbərlik etdiyi ordu hissəsi ilə birlikdə müxalifətin tərəfinə keçdiyini bəyan edib.

Bundan dərhal sonra onun tankları paytaxt Sanaaya yerləşiblər. Tanklardan bir neçəsi mitinqçilərin arasına girərək onları hökumət
Müxalifətin tərəfinə keçən briqada generalı Ali Mohsen al-Ahmar (ortada), 6 fevral 2010
qüvvələrinin mümkün hücumlarından müdafiə üçün mövqe tutub.

Bir neçə tank da Mərkəzi Bank və Müdafiə Nazirliyinin binası yaxınlığında dayanıb.

Eyni zamanda prezidentin oğlu Ahmedin rəhbəlik etdiyi Respublika Qvardiyası Prezident Sarayının qarşısına yerləşib.

Salehin rəsmiləri dərhal bəyanat veriblər ki, bir neçə zabit müxalifətə keçsə də ordunun əksəriyyəti hələ prezidenti müdafiə edir.

Ötən həftə mitinqçilərin gülləbaran edilərək 50-dən çox adamın qətlə yetirilməsindən sonra prezident Saleh öz hökumətini buraxdığını bəyan edib.
Prezidentin istefasını tələb edən müxalifət fəalları, Sanaa, 21 mart 2011


Amma onun bu addımı da evlərin çardağından adamların snayperlərlə qətlə yetirilməsinə görə mitinqçilərin qəzəbini səngitməyib.

Ağ Ev Yəmən hökumətinin mitinqlərə bu cür silahlı müdaxiləsini yolverilməz adlandırıb.

ABŞ-ın müdafiə naziri Robert Gates Yəməndə baş verən qarşıdurmadan narahat olduqlarını deyib.

Amma nazir ABŞ-ın prezident Ali Abdullah Salehi hələ də müdafiə edib-etməməsi barədə suala cavab verməkdən imtina edib. O bildirib ki, bu ölkənin daxili işləri barədə fikir söyləyə bilməz.

Prezident Ali Abdullah Saleh al-Qaeda terror təşkilatı ilə mübarizədə ABŞ-ın əsas müttəfiqlərindən biri hesab edilir.

Nazir Gates bildirir ki, indi Yəməndə qeyri-
Həmçinin oxuyun:
sabitlik al-Qaedanın Yəmən bölməsi ilə mübarizənin taleyi baxımından narahatlıqla izlənir.

Fransanın Xarici İşlər naziri isə bəyan edib ki, artıq Yəmən prezidentinin hakimiyyətdən getməsi qaçılmazdır.

Artıq Yəmənin Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və başqa ölkələrdəki səfirləri də müxalifətin tərəfinə keçib.

Ölkənin Fransa, Almaniya, Belçika, İsveçrə, Böyük Britaniyadakı səfirləri də Salehə birgə məktub göndərərk onu istefa verməyə çağırıblar.
XS
SM
MD
LG