Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:41

İlham Əliyev yenə "mətbuat qənimi" sırasında


“Sərhədsiz reportyorlar” İlham Əliyevi yenə “mətbuatın yırtıcıları” siyahısına salıb. Azərbaycan prezidenti artıq 6-cı ildir ki, bu siyahılya düşür.

Bu gün açıqlanan hesabatında Sərhədsiz Reportyorlar qeyd edir ki, ötən il "yırtıcılar" siyahısında olan ərəb liderlərinin bəziləri inqilablar nəticəsində devrilib və ya zəiflədilib.

Ərəb inqilablarının digər bölgələrə də təsir etdiyini qeyd edən hesabat müəllifləri Çin və Azərbaycanı misal gətirir, yazırlarlar ki, İlham Əliyev Hu Jintao ərəb inqilablarının virus kimi yayılmasından narahat olaraq öz siyasətlərində dəyişiklik ediblər.

Hesbatda deyilir ki, ərəbvari nümayişlərin qarşısını almaq üçün Azərbaycan hakimiyyəti müxtəlif üsullurla mediayaya təsir etməyə çalışır. Təşkilat Facebook fəallarının həbsini, Azadlıq qəzeti müxbirlərinin oğurlanması və hədələnmisini, ettiraz aksiyalarını işıqlandırmağa çalışan jurnalistlər tutulmasını və döyülməsini misal gətirir. Daha bir ehtiyyat tədbiri kimi, internetin məhdudlaşdırılması cəhdləri qeyd edilir.

"Sərhədsiz Reportyorlar"ın hər təşkil etdiyi "Yırtıcılar" siyahısına mətbuat azadlığını ən çox boğan ictimai şəxslərin adları salınır. Azərbaycan prezidentiylə yanaşı siyahıda post-sovet məkanından Rusiya Baş naziri Vladimir Putin, Çeçenistan Prezidenti Ramzan Kadyrov, Özbəkistan Prezidenti İslam Karimov, Belarus Prezidenti Aleksandr Lukashenka, Türkmənistan Prezidenti Gurbangulu Berdymuhammedovun da adı var. Ümilikdə isə 38 dövlət rəsmisinin adı mətbuata qarşı dözümsüzlüyün simvolik ifadəsi olan bu siyahıya salınıb.
XS
SM
MD
LG