Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:56

Erməni mütəxəssislər: «Mahnı düzgün seçilməyib»


«Boom Boom» Emmiyə uğur gətirmədi
«Boom Boom» Emmiyə uğur gətirmədi
Ermənistan «Eurovision» müsabiqəsinə qatıldığı 6 il ərzində ilk dəfədir ki, finala vəsiqə qazana bilməyib. Avropa mahnı müsabiqəsində Ermənistanı «Boom Boom» mahnısı ilə Emmi təmsil edib. Mayın 10-da Düsseldorfun 35 minlik «Arena» stadionunda 19 ölkə təmsilçisi, o cümlədən Ermənistandan olan Emmi çıxış edib. Bütövlükdə, builki müsabiqəyə 43 ölkə qatılıb.

Hələ müsabiqədən əvvəl «Eurovision»un rəsmi internet saytına müsahibə verən Emmi bildirib ki, qalib olmaq üçün mübarizə aparacaq. Ancaq «Boom Boom» mahnısı ona uğur gətirməyib. Ermənistanlı mütəxəssislər səbəbi mahnı və rəqsdə görür.



ERMƏNİSTAN «AYO» MAHNISI İLƏ DƏ GEDƏ BİLƏRDİ


İndiyə kimi «Eurovision» səhnəsində ermənilərin ifa etdiyi ən uğurlu mahnı «Kele-Kele»nin müəllifi Der Ovadır. Bu mahnını 2008-ci il müsabiqəsində Siruşo oxuyub. Der Ova Emmi üçün də mahnı yazsa da, «Ayo» mahnısı yerli münsiflər və tamaşaçıların rəğbətini qazanmayıb.

Der Ova Emminin uğursuzluğunu «Boom Boom» mahnısında görür:

- «Siruşodan sonra növbəti illərdə mənə Eva Rives, Razmik Armyan, həmçinin İnqa və Anuş Arşakyanlar üçün mahnı yazmaq təklif edilmişdi, ancaq mən yazmadım. Çünki «Kele-Kele» mahnısından sonra İctimai Televiziya ilə xeyli problemimiz oldu. Bu, xoşuma gəlmədi, dedim ki, bir də mahnı yazmayacam.
Bəstəkar Der Ova
Bu il isə ona görə yazdım ki, Emmi mənim yaxın rəfiqəmdir və o, buna layiq idi».

Rəqs müəllimi Artur Zakaryan isə Emminin şousunu və rəqsin qoyuluşunu bəyəndiyini deyir:

- «İlk dəfədir ki, rəqslərdən razıyam, hərçənd yaxşı rəqs etsələr də, ermənilərin seçilməməsindən narazıyam. Komanda yaxşı seçilmişdi. Yarımfinalda heç bir çıxışdan geri qalmırdılar».

Mütəxəssislər deyir ki, Emminin mahnısı düzgün seçilməyib və uğursuzluğun səbəbini «Yerevanda axtarmaq lazımdır».

-«Sabah kim istəsən ola bilər. Sadəcə, qərar verən insanlar çəkinməməli və münsiflər heyətinə tərəf boylanmamalı, onların nə düşünəcəkləri və nə deyəcəklərinə baxmamalıdırlar. Onlar pas atmış beyinləri ilə qlamur görkəmdə gəlir, əyləşir, hansısa səfeh fikir söyləyirlər. Münsiflər heyətinə elə adamları dəvət etmək lazımdır ki, öz şəxsi fikirlərini deməyə çəkinməsin».

DİASPORA BEL BAĞLAMAQ OLMAZ


Bəstəkar və rəqs müəllimi əmindirlər ki, ilk növbədə mahnı yaxşı olmalıdır. Yoxsa insanları səs vermək üçün heç nəylə vadar etmək olmaz. Bu halda diaspora bel bağlamaq da düzgün deyil. Onlar da yalnız erməni ifaçısı oxuyur deyə, istənilən mahnıya səs verməyəcəklər.

«İlk növbədə mahnı yaxşı olmalıdır. Yoxsa insanları səs vermək üçün heç nəylə vadar etmək olmaz»
- «Diasporu heç bir halda inandırmaq mümkün deyil. Onlar mahnını ya sevəcək, ya da əksinə. Vəssalam! «Boom-Boom»u bəyəniblər ya yox, bu, başqa məsələdir.

Müsabiqənin finalına birbaşa vəsiqə qazanan dövlətlər «Eurovision»un təsisçiləridir: Almaniya, İspaniya, Böyük Britaniya və İtaliya.

Bəstəkar Der Ova etiraf edir ki, o bir neçə dəfə başqa ölkələrin təmsilçiləri üçün mahnı yazmaq təklifi alıb, ancaq imtina edib:

- «Belə hallar olub, ancaq başqalarına mahnı yazmırdım. Hətta Siruşodan bir il sonra «Dum Tek-Tek» mahnısı ilə çıxış edən Hadise üçün mahnı bəstələmək təklif edilmişdi».

Builki müsabiqənin final mərhələsinə qonşu dövlətlərdən Türkiyə də keçməyib. Türkiyəni müsabiqədə «Yüksek Sadakat» qrupu təmsil edirdi.
XS
SM
MD
LG