Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:32

Emin Milli hekayələr yazmağa başladı


Bir müddət qabaq həbsdən azad edilmiş bloqçu Emin Milli bədii yaradıcılıqla məşğul olmağa başlayıb. Xuliqanlıqda ittiham edilərək tutulmuş, amma həbsinin ictimai fəallığı ilə bağlı olduğunu düşünən bloqçunun "Qafqazinfo"ya verdiyi müsahibədən bəzi hissələri "Oxu zalı"nda dərc edirik.


- Həbsdən əvvəlki aktivliyiniz də indi yoxdur. Səbəb nədir?

- Bilirsinizmi, həbsdən əvvəl Azərbaycanda vəziyyət də başqa idi. Bu günkü parlamentdə bir nəfər də olsun müxalifət nümayəndəsi yoxdur. Mənə elə gəlir ki, mən həbsdə olmamışdan əvvəl və indi fərqli ölkələrdə yaşayıram.

Müxalifət partiyaları artıq dissident klubların səviyyəsinə gəlib. Mən baxıram, gənclər arasında daha çox yuxu, passivlik kimi yeni bir mərhələyə qədəm qoyulub. Çox fərqli bir vəziyyətdir.

Mənim həbsə düşməzdən əvvəl elədiklərim bu gün aktiv deyil. Düşünürəm ki, daha yeni yollar axtarmaq lazımdır. Fikirləşirəm ki, kitab çıxarmaq, müəyyən hekayələr yazmaq, şərait dəyişdiyi üçün fərqli yollarla getmək lazımdır.

Müəyyən zaman edə bildiklərimə başqa bir vaxtda fərqli yanaşmaq lazımdır. Eyni fikirləri və ideyaları başqa bir metodlarla yaymaq daha məqsədəuyğun görünər

- Nədən Siz son günlər baş verən heç bir etiraz aksiyasında iştirak etmədiniz?

- Mən şərti azadlıqdayam. Bu o deməkdir ki, əgər polislər məni haradasa saxlasa onlar məni digər nümayişçilər kimi bir neçə sutka saxlayıb buraxmayacaqlar. Birbaşa həbsə göndərəcəkdilər...

- Siz özünüz hazırda hansı işlərlə məşğulsunuz ?

- Mən azad tərcüməçiyəm. Həbsdən əvvəl də işim bu idi. Mən bu yolla pul qazanıram. Amma indi hekayələr yazmağa başlamışam.

- Nə ilə bağlıdır?

- Həyatla...

- Hekayələrinizdə siyasi mövzular da yer alıbmı?

Emin Milli (sağda) və Adnan Hacızadə məhkəmədə. 9 oktyabr 2009
- Azərbaycanda siyasəti necə başa düşürlər? Əgər desələr ki, yolu yenə də yaxşı düzəltmədilər. Deyəcəklər ki, sən siyasətçisən. Əgər sən düz söz deyirsənsə sənə siyasətçi damğası vururlar.

Yox əgər sən susub dursan deyəcəklər çox ağıllı insandır, başını aşağı salıb ailəsini dolandırır. Mən başa düşürəm ki, başqaları bunu oxuyanda onlara siyasi gələ bilər. Çünki, mən nəsə yazıramsa hər hansı bir problemlə toxunuram.

Həyatda necə görmüşəmsə, onu istəyirəm o əsərlərdə də göstərim. Məncə bu siyasət deyil, amma bir tərəfdən də siyasətdir.

- Əsərlərinizdən çap olunubmu?

- Xeyir. Mən hələ yazıram. Hesab etmirəm ki, yaxınlarda bunu çap edəcəyəm. Bunları ortaya çıxarmaq üçün öz üzərimdə işləməliyəm.
XS
SM
MD
LG