Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:27

Sakinlər kompensasiyaların verilmədiyini deyirlər


Dəymiş ziyanın aradan qaldırılması üçün dövlət büdcəsindən 300 milyon manat ayrılıb
Dəymiş ziyanın aradan qaldırılması üçün dövlət büdcəsindən 300 milyon manat ayrılıb
Mayın 16-da Saatlı rayonunun Nərimankənd qaçqın qəsəbəsinin 40-a yaxın sakini etiraz aksiyası keçirib.

Aksiyaya səbəb daşqınlardan zərərçəkənlərə indiyə qədər yardımların verilməməsidir.

Qəsəbə sakini Mətanət Səmədova AzadlıqRadiosuna deyib ki, daşqınlardan zərərçəkən ətraf kəndlərdə yeni evlər tikib, adamlara kompensasiya ödəyiblər. Amma 100-dən çox qaçqın ailəsinin yaşadığı qəsəbəyə heç bir yardım edilmir:

«Ən yaxınımızdakı Nərimankənd ilə bizi bir yol ayırır, ora heç o qədər də daşqından ziyan çəkməmişdi. Amma onların hamısının həyətində 8-10 min dollarlıq ev tikiblər. Bizə isə cəmi bir dəfə daşqınlar vaxtı 800 manat pul verilib, su altında qalan əkin və həyətyanı sahələrə görə bizə pul verilməyib».

M. Səmədova deyir ki, onlar hər dəfə etiraz aksiyası keçirəndə, rəsmi qurumlar onlardan 1 həftəlik möhlət istəyirlər:

«Bu dəfə də icra hakimiyyətindən, «Qaçqınkom»un rayon şöbəsindən dedilər ki, bizə bir həftə vaxt verin, bir həftədən sonra pullar stolunuzun üstündədir».

Saatlı rayon İcra Hakimiyyətindən yardımların bir hissəsinin verilməsində müəyyən gecikmələr olduğunu təsdiqləyiblər.

İcra Hakimiyyətinin rəsmisi Ağa Əsədov AzadlıqRadiosuna müsahibəsində qalan vəsaitin mayın 20-ə qədər sakinlərə ödəniləcəyini deyib.

2010-cu ilin mayından başlayaraq Kür çayının daşması nəticəsində bir neçə rayonda yaşayış məntəqələri, əkin sahələri su altında qalıb.

Dəymiş ziyanın aradan qaldırılması üçün dövlət büdcəsindən 300 milyon manatdan artıq vəsait ayrılıb.
XS
SM
MD
LG