Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:49

Beynəlxalq Məhkəmə Liviya lideri və oğlunun həbsinə order verə bilər


Muammar Qaddafi
Muammar Qaddafi
Beynəlxalq Cinayət Məhkəməsi Liviya lideri Muammar Qaddafi, oğlu Saif al-Islam və ölkə kəşfiyyatının liderinin həbsinə order verə bilər.

Prokuror Luis Moreno-Ocampo Haaqada keçirdiyi mətbuat konfransında deyib ki, 3 hakimdən ibarət məhkəmə kollegiyası faktları yoxlayandan sonra bu haqda qərar verəcək.

Prokurorun sözlərinə görə, təqdim elədikləri sübutlar göstərir ki, Qaddafi şəxsən dinc əhaliyə qarşı silahdan istifadəyə əmr verib.

Bir neçə aydır ki, Liviyada hökumət əleyhinə mitinqlər müxalifətlə Qaddafiyə tabe olan hərbi qüvvələr arasında silahlı toqquşmalara çevrilib. BMT Təhlükəsizlik Şurasının qərarı ilə NATO Liviyada dinc əhalinin Qaddafi rejiminə tabe olan qüvvələrin hücumlarından qorunması üçün hərbi əməliyyatlar aparır.

Bombardmanlarda Qaddafinin oğlanlarından biri və üç nəvəsi həlak olub.
XS
SM
MD
LG