Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:31

Moskvada yaşayan yazıçı Çingiz Hüseynov "Amneziya"dan yazdı


Moskvada yaşayan yazıçı Çingiz Hüseynov bu məqaləsi ilə yazıçı Əli Əkbərin "Amneziya" romanının ("Qanun" nəşr.) Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.

Çingiz Hüseynov

“AMNEZİYA”YA DAİR

“Amneziya” adlı yeni kitabının sərlövhəsində müəllif Əli Əkbər, öz işini - esxatoloji perspektivdə avtoritarizmin anatomiyası kimi qiymətləndirir - kitabın adı da daxil olmaqla, bu leksika əsərin yazıldığı Azərbaycan dilində də eynilə təkrar olunur: sözügedən leksika, əsərin dil tərkibinə və quruluşuna yaddır, lakin bununla yanaşı, sözlərin bu cür zəncirvari birləşməsi, diqqət obyekti olan ölkənin əsas və mental xüsusiyyətlərini aşkara çıxarmaqda oxucuya kömək edir.

Aydındır ki, müəllif, bəşəriyyətin inkişafının müasir mərhələsində, xüsusilə Avrasiya regionu kimi bir yerdə özünü böyük və çətin bir məsələ ilə qarşı-qarşıya qoyur və onun həllinə bədii vasitələrlə nail olmağa çalışır, buna görə də biz qaldırılmış problemlərin, insan təbiətinin, psixikasının, həyat tərzinin, hətta leksikasının getdikcə çiçəklənən indiki

Roman təkcə əhatə etdiyi problemlərə görə yox, həm də yazıda ən yeni təsvir və ifadə vasitələrindən istifadə edildiyi üçün müasirdir: əsər realistika və qrotesk stilindədir, dili dolğun və səlisdir, obrazlar baxımından zəngindir, həm də kobud rus dili ilə sadə milli dilin bəsit və rəngsiz qarışığı şəklindədir...
avtoritarizm şəraitində məhdud çərçivədə və epikasız, lakin aydın və heç bir güzəştə getmədən araşdırılması, başa düşülməsi və mahiyyətinin açılması cəhdlərinin miqyasından çıxış edərək, əsəri roman janrına aid edə bilərik.

Eləcə də qeyd etmək lazımdır ki, roman təkcə əhatə etdiyi problemlərə görə yox, həm də yazıda ən yeni təsvir və ifadə vasitələrindən istifadə edildiyi üçün müasirdir: əsər realistika və qrotesk stilindədir, dili dolğun və səlisdir, obrazlar baxımından zəngindir, həm də kobud rus dili ilə sadə milli dilin bəsit və rəngsiz qarışığı şəklindədir; utopiya və antiutopiya elementləri vardır, əsərdəki təsvirlər həqiqi, konkret və ağlabatandır, bəzən isə həddən artıq şişirdilsə də, qondarma deyil, çünki hər birinin kökündə həqiqətəuyğunluq var, hətta əsərdəki hallyüsinasiyalar (qarabasmalar) sayıqlamaların kölgəsində gizlənsə də, daha çox həqiqətə bənzəyir; belə demək olarsa, əsərdəki bütün təsvirlər bəyaz ilmələrlə toxunub.

Romanda çoxlu obraz və qəhrəmanlar var, hadisələr müəyyən bir məkan daxilində cərəyan edir: bu kiçik neodövlətdə ağıla sığan və sığmayan bütün demokratik norma və prinsiplər tapdanır, onun hansı dövlət olmasına isə xüsusi işarələr edilmir, gizli mənalar ehtiva olunmur, bu ölkə birbaşa və aydın şəkildə öz adı ilə adlandırılır: bura Azərbaycandır, neft hasil edən Bakıdır, eyni avtoritar qayda ilə idarə olunan Rusiya və ölkə daxilindəki islahatları ilə seçilən və uğurlar əldə edən Gürcüstan da əsərdə real təsvir edilən qonşu ölkələrdir.

Romanda vaxt da aydın göstərilir: hadisələr hal-hazırda - 2010-cu ildə baş verir, hətta 2011-ci ilə də adlayır, nəhayət ki, yeni ildə uzun müddətdir ki, gözlənilən köklü dəyişikliklər baş verir: avtoritar hakimiyyət süquta uğrayır və yeni demokratik quruluşun atdığı ilk addım – bu metaforadır- şəffaf şüşəli evin Daxili İşlər Nazirliyinə verilməsi olur (Oruellin Şüşəli evindən təsirlənmə?).

Təkrar edirəm ki, 2011-ci il hələ gəlməyib, bu səbəbdən əsərdə baş verənlərə həm inanmaq, həm də inanmamaq olar, əgər ümidlər puça çıxarsa nə etməli, kitabın növbəti nəşrlərində, əsərdə qeyd olunan illərin rəqəmlərini arzular çin olana qədər təkrarən yeniləmək mümkün olacaqdır.

Lakin avtoritarizm baxımından, hadisələrin konkret vaxt və məkana aid olması haqqında təsəvvürləri puç edən yeganə amil, həm keçmiş Mərkəzi Komitədə, Nazirlər Şurasında fəaliyyət göstərən məmurların, həm də indi və yaxın gələcəkdə dövlət strukturlarında təmsil olunanların əsərdə uydurma adlarla təsvir olunmasıdır.

Dövlət rəhbərinin adı Qənirə Millidir, tərcümeyi-halı Yelena Çauşesku ilə eynidir.

Əgər belə demək olarsa, o xalqın anasıdır, seçkilərin nəticələrini saxtalaşdıraraq, Niyazi Salayevin haqlı qələbəsini əngəlləmişdir - bu ad da qondarmadır - ölən əri prezident İslam Millidən sonra, özü ən yüksək vəzifəyə yiyələnməyə nail olmuşdur - bu avtoritar dövləti o, əri ilə çiyin-çiyinə verərək, ərsəyə gətirmişdir...

O da eynilə, öz hakimiyyətini silah gücünə möhkəmləndirmiş, xalqın hiddətinin qarşısını almaq üçün nümayişə çıxanları güllələməyi əmr etmişdir ki, bunun da nəticəsində - romanda dəqiq rəqəm də verilir - 131 nəfər həlak olmuşdur.

Bütün şüarlarda və plakatlarda ona təriflər yağdırılır, mətbuat adını bar-bar bağırır, o xalqın işıqlı həyatının təcəssümüdür, ağıl dəryasıdır, məftunedici cazibəyə və yüksək intellektə malikdir.

Yeri gəlmişkən, polis orqanlarındakı korrupsiya ilə mübarizə təcrübəsinə görə, yenicə qalib gəlmiş demokratiyanın qurucusu olan Gürcüstan prezidenti də Saakaşvili yox, David Çixladze adında bir nəfərdir - bu ad da uydurulmuşdur.

Real məmur vəzifəsini Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyində icra edən indiki səfirin adı da qondarmadır.

Hakimiyyət orqanlarının talama, rüşvət və s. hallarla bağlı konkret və real əməlləri yeni qədəm basmış demokratiya erasının fonunda, elementar şəkildə əsərin baş qəhrəmanı Muradın ətrafında cərəyan edir; bir qayda olaraq, danışıq və dialoqlarda, seksual, sevişmə-erotika səhnələrində təzahür edir, müxtəlif mövzulardakı müsahibələrdə, həyat-məişət qayğılarında əksini tapır - məsələn, Muradın oğlu Özgürü prezident xanıma həsr olunmuş şeiri əzbərləməkdən imtina etdiyi üçün məktəbdən xaric etmək istəyəndə, onun bu vəziyyətdən xilas etmək cəhdləri baş tutur:

Muradın sevgilisinə çevrilən Şeylanın bir telefon zəngi bu məsələni yoluna qoymaq üçün kifayət edir.

Şeyla avtoritar hakimiyyətin ideoloqu olan Siyavuş Orucun qızıdır, lakin xalq bu adamı milli Ghebbels adlandırır.

Qızın zəngindən sonra, Muradın və oğlunun problemi dərhal həll edilir.

Əli Əkbər
Muradın taleyi, yaşadığı mənəvi sarsıntılar, sosial çətinliklər ona avtoritarizmin ab-havasını və anatomiyasını dərk etmək üçün kifayət etsə də, əsərin qəhrəmanı reallıqdan daha çox öz fantaziyalarında yaşayır, hətta istintaqın gedişatını səhv yola çəkmək və hiddətindən davranışlarına hakim ola bilmədiyi anda törətdiyi cinayətə görə həbsdən qurtula bilmək üçün, özünü dəliliyə vurmalı olur.

Avtoritarizmin dəhşətlərinin əks olunduğu bu və ya buna bənzər digər uydurulmuş təsvirlər müxalifətin məşhur nəşri olan “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun səs-küylü və hələ də üstü açılmamış ölümü kimi real həyat hadisələrə yaxındır.

Elmar, yazılarının birində Yelena-Qənirə üçün Mariya Antuanettanın taleyini hazırlayan real obrazlardan biridir.

Millinin dəstəsinin hakimiyyətin zirvəsinə doğru irəliləməsini sərt və dəqiq təsvirlərlə açıqlayan “Hər şey belə başladı” proloqundan keçmək lazımdır ki, əsərin “Post revolution-1”, “Post revolution-2, “Lapsus memoriae” - “Yaddaş səhvi” adlı fəsillərində qəzadan sonra qəhrəmanların həyatında real və arzu edilən həyatın fantasmaqorik qarışığını, hadisələrə düzgün qiymət verilməsini və amneziyaları izləmək mümkün olsun və əsərin epiloqu sayılan beşinci - Əlavələr fəslində dürüst hakimiyyətin zəfər çaldığı bir mühitə düşə biləsən; burada artıq avtoritarizm şəraitində amansızcasına tapdanan qanunlar və insan hüquqları hökm sürür (daha doğrusu, bir ay sonra: əsərin qəhrəmanları bu hissədə artıq 2011-ci ildə yaşayırlar), eləcə də müxalifət və əks cəbhələşmələr getdikcə yox olur, keçmiş isə ancaq kitablarda qalır; eyni zamanda Murad da ötüb-keçənləri geridə qoyur: o həbsdə ikən ailəsi, onun gündəliklərini-daha doğrusu, oxuduğumuz bu romanı nəşr etdirir, artıq iki tiraj çap olunur, eləcə də yeni həbsxana qeydləri yazılmağa davam edir-yeni yazıları çapa hazırlanır, bunun müqabilində isə ona hətta yaxşı qonorarlar da verilir...

Bax beləcə, təsvir edilən tipik şərtlər daxilində, cəmiyyəti amneziya vəziyyətinə salan despot qəhrəmanlar əsərdə mötəbər mövqeyə qədər yüksəldilərək daha sonra mənsəbdən endirilirlər, mübariz qəhrəmanlar isə əbəs cəhdlərə girişirlər, bu isə onları yorur və siyasətlə mübarizə aparmaq istəyindən geri çəkilmələrinə səbəb olur; xalqın beyninə isə belə bir fikir yeridilir ki, onun tarixi məhz indiki dövlət başçılarının idarəçiliyi dövründən başlayır; onlar hakimiyyətə gələnə qədər isə ölkədə ancaq zillət və ümidsizlik hökm sürüb, xalq əzablar içində sürünüb və s; - işə yeni məmurlar cəlb olunur, onlar nə qədər qəribə də olsa, işin öhdəsindən gələ bilirlər, kütlənin dəstəyini qazanırlar, kütlənin beyninə isə hələ də sürü zehniyyəti hakim kəsilib.

Əli Əkbərin yeni romanını oxuyarkən yaranan fikirlər bundan ibarətdir.

Düşünürəm ki, müəllifi sanballı əsər yaratdığına görə təbrik etmək olar.

İnanıram ki, roman müasir Azərbaycan ədəbiyyatını təkcə esxatoloji perspektivdə deyil, ona lazım olan ağrıyla, narahatlıq və həyəcanla, eləcə də sağlam, həqiqi və vicdanlı milli dünya görüşü ilə yetərincə doldura biləcəkdir.

Həmçinin oxu
İradə Musayeva. Ədəbiyatımızda travmatik amneziya sindromları
Əli Əkbər "Amneziya" (Romandan parça)
XS
SM
MD
LG