Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:00

GUAM öldümü?


Iurie Leanca
Iurie Leanca

MOLDOVA NAZİRİ: GUAM-DA MÜZAKİRƏLƏR FORMAL XARAKTER ALIB

- Əgər GUAM ölkələri heç olmasa yaşamağa qadir bir layihə üzrə əməkdaşlığa başlasalar, onda biz təşkilata yeni nəfəs vermiş olarıq.

Bunu Moldovanın xarici işlər naziri Iurie Leanca deyir. Hazırda GUAM-a Moldova sədrlik edir.

O etiraf edir ki, 1997-ci ildə yaradılan və Gürcüstan, Ukrayna, Azərbaycan, Moldovanın daxil olduğu təşkilatda müzakirələr daha çox formal xarakter daşıyır, təşkilatın mövcudluğunu nümayiş etdirməyə yönəlib:

- Son dövrlərə qədər bizim əməkdaşlığımızın ən perspektivli sahəsi turizm sayılırdı. Yaponiya ilə birlikdə. Amma həmin ölkədə baş verən təbii fəlakətdən sonra yaponlar bu əməkdaşlığa olan maraqlarını itirə də bilərlər. Amma bəlkə də yox. Bilmirəm.

GUAM ÖLDÜMÜ?

Nazir Azad Avropa və Azadlıq Radioları Korporasiyasının Praqadakı mərkəzi ofisində olarkən Azadlıq Radiosunun əməkdaşının “GUAM-ın fəaliyyətində zəiflik nəylə bağlıdır, yoxsa bəzilərinin dediyi kimi GUAM öldümü?” sualını da cavablandırıb.

- Təşkilat yaradılanda və biz əməkdaşlığımızın əsaslanacağı parametrləri müzakirə edəndə daha çox siyasi və hərbi aspektlər diqqət mərkəzində idi. Ukrayna istisna olmaqla təşkilatın üzvü olan digər ölkələrin ərazisində donmuş konfliktlər var.

Yadimdadir ki, 2002-ci ildə (onda mən xarici işlər nazirinin müavini idim) bizim Vyanada ABŞ-ın o vaxtkı dövlət katibi Madlen Olbraytla görüşümüz oldu. O zaman Ukraynanın xarici işlər naziri israrla təklif edirdi ki, MDB-nin katibliyi kimi biz də GUAM-IN katibliyini yaradaq. Mən bunun əleyhinə idim və həmin görüşdə bildirdim ki, gəlin əvvəlcə təşkilatın yaşamağa qadir olduğunu isbat edək. İki-üç birgə layihəmiz olsun. Məsələn, enerji, yaxud nəqliyyat sahəsində. Bununla sübut edək ki, bu təşkilat MDB-dən fərqlənir, daha böyük dövlətlərin kiçik dövlətlərin addımlarını koordinasiya etmək istəyinə xidmət etmir.

NABUCCO layihəsi
Mən 2009-cu ildə xarici siyasət sahəsinə təkrar qayıdanda artıq vəziyyət fərqli idi. Təşkilatın Kiyevdə gözəl ofisi, işçiləri, onların da yaxşı maaşları vardı.

Amma təəssüflə qeyd etməliyəm ki, onların gələcəklə bağlı hər hansı aydın planları yox idi. Bu mənim səmimi fikrimdir. Amma düşünürəm ki, təşkilata daxil ölkələr üşün əməkdaşlıq üçün potensial var.

İstər Azərbaycanın Türkiyə və Rumıniya ilə birgə maye qazın ixracı ilə bağlı layihəsi olsun (bundan biz də çox bəhrələnə bilərdik), istər NABUCCO layihəsi olsun, istərsə də Ukraynanın Odessa-Brodı kəməri ilə bağlı planları, bu layihələr təşkilata daxil ölkələri yaxınlaşdıra bilər.

Amma indi belə lahihələrlə bağlı müzakirələr getmir. Gedən müzakirələr də daha çox formal xarakter daşıyır.

Açığı bu məsələ indi mənim də gündəmimdə əsas yeri tutmur. Amma bu yaxınlarda Ukraynanın xarici işlər naziri ilə telefon söhbətimiz oldu və biz razılaşdıq ki, o, iyunda Kişinyova gələndə təşkilatla bağlı daha konkret müzakirələr aparaq. Təbii ki biz məsələni gürcü və azərbaycanlı həmkarlarımızla da müzakirə etmək istəyirik.
XS
SM
MD
LG