Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:31

Tbilisidə müxalifətin mitinqləri fasiləsiz gedir


Tbilisidə müxalifətin mitinqi, 22 may 2011
Tbilisidə müxalifətin mitinqi, 22 may 2011
Bazar ertəsi Gürcüstanda prezidentin istefası istefa tələbilə növbəti mitinq gözlənilir

Gürcüstan müxalifətinin liderləri tərəfdarlarını ictimai televiziyanın qarşısında etiraz aksiyasını davam etdirməyə çağırıblar.

Bu gün bir necə müxalifət partiyasının birləşdiyi “ Xalq Məsclisi” hərəkatının təşkil etdiyi aksiyaya müxalifətdə olan “Gürcüstan partiyası” da qoşulub. Bu partiyaya hazırda Fransada yaşayan keçmiş müdafiə naziri İrakli Okruaşvili rəhbərlik edir. Okruaşvili aksiyalara qoşulmaq üçün Gürcüstana dönəcəyini bildirib.

Aksiyanın əsas təşkilatçılarından olan parlamentin keçmiş sədri Nino Burcanadze Tbilisi və Batumidə baş verən son hadisələri inqilabın başlanğıcı adlandırıb.

Polis bu gün Tbilisidə, ictimai telviziyanın qarşısında keçirilən aksiyanı dağıtmağa cəhd göstərsə də aksiya davam edir.

Hökumət qüvvələri mitinqçilərin polisin maşınlarına hücum etdiklərini bildirirlər. Müxalifət fəalları polisin onların liderlərini həbs etməyə çalışdığı üçün maşınlara hücum olduğunu deyirlər. Polis kütləni dağıtmaq üçün dəyənək, rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib. Amma bir qədər sonra prezidentin istefası tələbilə keçirilən aksiya bərpa olunub.

Bu, 2009-cu ildən bu yana Gürcüstanda ən böyük etiraz askiyası hesab edilir. Hökumət müxalifəti Rusiyanın təhriki ilə hərəkət etməkdə günahlandırır. Müxalifət isə prezidenti ölkədə avtoritarizm qurmaqda ittiham edir. Mixeil Saakaşvilinin prezidentlik müddəti 2013-cü ildə başa çatır.
XS
SM
MD
LG