Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:45

General Mladicin həbsi nə deməkdir?


Ratko Mladic (öndə)
Ratko Mladic (öndə)

Azadlıq Radiosunun Balkan xidmətinin əməkdaşı Nadim Dervishbegovic suallarımıza belə cavab verir:

Sual: Bosniya serblərinin keçmiş komandanı general Ratko Mladicin həbsi nə deməkdir?

Nadim Dervishbegovic: Mladicin həbsi Serbiya üçün əhəmiyyətlidir, ancaq xüsusilə Bosniya üçün. Mladic Srebrenitsada 7 min kişini və oğlanı qırdı.

Bu həbs Sarayevo üçün əhəmiyyətlidir. Çünki Mladic buranı 43 ay mühasirədə saxladı, 12 min adam öldürdü.

Balkanlar üçün əhəmiyyətlidir, çünki Mladic kimi adamlar həbs olunmayınca, Balkanlardakı 1990-cı illər müharibələrini bitmiş hesab etmək olmaz.

Dünya üçün əhəmiyyətlidir, çünki ədalətin gec-tez öz yerini tutduğunu göstərir.

Sual: Bəs Serbiya üçün əhəmiyyəti nədir?

Nadim Dervishbegovic: Serbiya prezidenti Mladicin tutulduğunu elan edəndə özü dedi ki, bu Serbiya üçün əhəmiyyətlidir. Çünki 1990-cı illər müharibələrinə görə Serbiyanın ləkələnmiş imicini təmizləyir.

Bu həbs həm də Serbiyanın Avropa Birliyinə üzvlüyünə yol açır.

Sual: Mladic Haaqa tribunalının böyük hərbi cinayətkar kimi axtardığı axırıncı şəxsdirmi?

Nadim Dervishbegovic : Yox, hələ Goran Hadzic var. Goran Hadzic demək olar ki, axırıncı belə şəxsdir. O Serbiya Krayinasının prezidenti idi.

Xorvatiya özünü müstəqil elan edəndə burdakı serblər də öz müstəqilliklərini elan etdilər və Hadzic onların prezidenti oldu.

O, Xorvatiyada minlərlə insanın qırğınında, Vukovar xəstəxanasında 250 xorvatın öldürülməsində də ittiham olunur.

Hadzic 2004-cü ildə Serbiyadakı evindən yoxa çıxıb. Hazırda harda olduğu bilinmir.
XS
SM
MD
LG