Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:35

Ermənistanda iqtidarla müxalifət necə anlaşdı?


Müxalifət fəalı Sasun Mikaelyan amnistiya ilə azadlığa çıxanlardan biridir. 27 may 2011
Müxalifət fəalı Sasun Mikaelyan amnistiya ilə azadlığa çıxanlardan biridir. 27 may 2011

Indi Ermənistanda baş verənləri bir çox keçmiş sovet respublikalarındakı müxalifət yəqin ancaq arzulaya bilər.

Müxalifət lideri, Ermənistan Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan Yerevanda minlərlə tərəfdarı qarşısındakı çıxışında deyib ki, iqtidar dialoqun başlanması üçün onların qoyduğu ilkin şərtləri qəbul edib.

Həmin ilkin şərtlərə görə, həbsdə olan bütün müxalifətçilər azad edilməli, şəhərin mərkəzi meydanında etiraz aksiyalarının keçirilməsinə icazə verilməli, ötən prezident seçkilərindən sonra müxalifətin keçirdiyi etiraz aksiyasında öldürülənlərin qatillərinin tapılması üçün təkrar istintaq başlanmalı idi.

Ter-Petrosyan mayın 31-də keçirlən mitinqdəki çıxışında deyib ki,

İQTİDARIN İLKİN ŞƏRTLƏRƏ RAZI OLMASI DİALOQA YOL AÇIR

Dialoqun əsas mövzusu müxalifətin əsas tələbləri olmalıdır. Həmin tələblərə erkən seçkilərin keçirilməsi də daxildir.

“Bizim Konqresin gündəmi məlumdur – erkən prezident və parlament seçkilərinin təşkili. Amma bu o demək deyil ki, biz hakimiyyətin əks arqumentlərini nəzərdən keçirə - mən “qəbul edə” demirəm - nəzərdən keçirə bilmərik”.

Mayın 27-də Ermənistan hakimiyyəti həbsdəki siyasi rəqiblərinə amnistiya verib. Amnistiya son nəticədə 400 nəfərin azadlığa çıxması ilə nəticələnəcək.

Yerevan - müxalifətin aksiyası. 31 may 2011
Artıq Levon Ter-Petrosyanın iki yaxın silahdaşı azadlığa buraxılıblar. Onlar siyasi mübarizəni davam etdirəcəklərini bəyan ediblər.

Sual yaranır ki, 2008-ci ildə opponentlərinin saxta seçki ilə hakimiyyətə gəlməkdə ittiham etdiyi prezident Sarkisyan niyə birdən-birə müxalifətlə dialoqa getmək qərarına gəldi?

Müxalifət deyir ki, Sarkisyan “Ermənistan yazı”ndan ehtiyat edir – yəni ərəb dünyasındakı kimi üsyanlardan.

Son aylar ərəb ölkələrində baş verən üsyanlarla paralel olaraq Ter-Petrosyan da dalbadal 5 mitinq keçirmiş və hakimiyyətə xəbərdarlıq etmişdi ki, erkən seçki keçirilməsə, ölkədə inqilab baş verə bilər.

Amma martın 1-də keçirilən və on minlərlə insanın toplaşdığı mitinqdən sonrakı aksiyalarda iştirakçıların sayının azalması, Ter-Petrosyanın isə hər mitinqdən sonra insanları meydanda qalmayıb evə getməyə çağırması Ermənistanda Misirsayağı inqilabın baş verməsi ehtimalının azlığını göstərdi.

Ekspertlərin gümanına görə hakimiyyət çox güclü olmayan müxalifətlə anlaşmaya getməyin əlverişli olduğunu düşünüb.

QƏRBLƏ RUSİYANIN ERMƏNİSTANDA RƏQABƏTİ?

Amma Sarkisyanın müxalifətlə sövdələşməyə getməsində başqa səbəblər də ola bilər.

Həm Sarkisyanın, həm də Ter-Petrosyanın ehtiyat etdiyi bir adam var. Bu da keçmiş prezident Koçaryandır. O hələ də ölkədə böyük iqtisadi gücə malikdir, on illik hakimiyyəti dövründə çoxlu biznes strukturları yaradıb.

Levon Ter-Petrosyan
Nə indiki prezident Sarkisyan, nə də müxalifət lideri, həm də keçmiş prezident olmuş Ter-Petrosyan onun siyasi arenaya qayıtmasını istəmirlər.

Koçaryanın Rusiyanın baş naziri Putinlə yaxın münasibəti var. İndiki prezident Sarkisyan və müxalifət lideri Ter-Petrosyan isə daha çox Qərbə meyl edir. Onların öz aralarında dialoqa getməsinə ABŞ və Avropa Birliyi də çalışırdı.

ABŞ dövlət katibi Hillari Klinton da Ermənisan müxalifəti və iqtidarını dialoqa çağırmışdı.

Son amnistiyanı ilk alqışlayanlardan biri də Avropa Birliyi olmuşdu.

Azad Avropa və Azadlıq Radioları Korporasiyasının Ermənistan xidmətinin rəhbəri Hrayr Tamrazyan deyir ki, indi Erməistanın siyasi dairələrində bir nikbinlik var:

“Bu artıq siyasi mədəniyyətin yeni səviyyəsidir. Rejim dəyişikliyinə çağıran müxalifət və müxalifətçiləri həbsə atan hakimiyyət indi dialoq zərurətindən və azad seçki keçirməyin vacibliyindən danışırlar ”
XS
SM
MD
LG