Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:54

7 ailənin evini uçurdular


Neftçilər prospekti 61 ünvanda 7 ailənin yaşadığı evlərin uçurulmasına başlanılıb
Neftçilər prospekti 61 ünvanda 7 ailənin yaşadığı evlərin uçurulmasına başlanılıb
İyunun 4-də Bakının Səbail rayonu, Neftçilər prospekti 61 ünvanda 7 ailənin yaşadığı evlərin uçurulmasına başlanılıb.

Bu barədə Azadlıqradiosuna evləri uçurulanlardan biri - Aidə Əliyeva məlumat verib. O deyir ki, indiyə qədər «Azinko» şirkəti onların evlərini gecə saatlarında bir neçə dəfə uçurmağa cəhd edib. Amma hər dəfə sakinlər ağır texnikanın qarşısına çıxaraq buna imkan verməyiblər:

«İki ay biz evlərimizin sökülməsinə imkan vermədik. Amma bu gün səhər bizi polis gücünə zorla bayıra atıb evlərimizi uçurdular. 57-59 saylı evlərin sökülməsi haqda sərəncamlarla aldadaraq evlərimizi sökürlər. Halbuki, bizim evlər Neftçilər prospekti 61 ünvanda yerləşir ki, buranın da sökülməsi ilə bağlı heç bir sərəncam yoxdur».

Aidə Əliyeva deyir ki, əvvəlcə onlara hər kvadratmetr üçün 1500 manat təklif edilib. Bununla razılaşmayıblar. Daha sonra Nərimanov rayonunun Keşlə qəsəbəsində «Azinko» şirkətinin tikdiyi evlər təklif olunub. Onlar bu evlərə köçməyə razı olmayıblar, indi yaşadıqları əraziyə yaxın yerdə onlara mənzil verilməsini istəyiblər.

Gecə saat 3-də evləri sökmək cəhdi
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00
Direct-ə keçid


«Azinko» şirkətinin texniki istehsalat şöbəsinin əməkdaşı Rüfət Əhmədov deyir ki, onlar həmin ərazidə paytaxta girişin genişləndirilməsi ilə bağlı dövlət sifarişini həyata keçirirlər. Evləri plana düşən sakinlərə isə hər kvadratmetr üçün 1500 manat ya da Bakının Nərimanov və ya Yasamal rayonlarında hazır mənzillər təklif edirlər:

«Təklif etdiyimiz mənzillər həmin adamların yaşadığı evlərin kvadratından iki dəfə artıq, təmirli mənzillərdir. Sökdüyümüz evlər isə istifadə müddətini çoxdan başa vurmuş qəzalı evlərdir».
XS
SM
MD
LG