Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:36

Jurnalistlər Berti Foqtsa aftafa veriblər


Aksiya keçirən jurnalistlər, Fanat.az saytının fotosu
Aksiya keçirən jurnalistlər, Fanat.az saytının fotosu

İyunun 5-də Bakıda bir qrup idman jurnalisti Azərbaycan milli futbol komandasının baş məşqcisi Berti Foqtsa tualet alətləri verməyə çalışıblar. Almaniya millisi ilə matç öncəsi keçirdiyi mətbuat konfransından sonra jurnalistlər baş məşqçiyə aftafa və tualet kağızı təqdim ediblər.

Aksiyanın iştirakçılarından olan “Fanat.az” saytının baş redaktoru Əli Sahib AzadalıqRadiosuna bildirib ki, Azərbaycan millisinin «Euro-2012»-nin seçmə mərhələsinin A qrupunda autsayder olan Qazaxıstana məğlubiyyəti onların səbrini daşırıb: “Aftafa alman çalışdırıcının "2014-cü ildə Dünya çempionatında iştirak edəcəyik" açıqlamasına işarə idi - "Kuboku" 3 il əvvəldən ona hədiyyə etmək istədik.
Jurnalistlər mətbuat konfransının zalından çıxarılır, Aksiya keçirən jurnalistlər, Fanat.az saytının fotosu.

Tualet kağızı isə Foqtsun yığma komandada üç illik fəaliyyətinin "dəyərini" ifadə edirdi. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu “hədiyyələri Foqtsa içəridə təqdim etməyə imkan vermədi”.

Əli Sahib deyir ki, polis aksiyaya müdaxilə etməyib. Onun sözlərinə görə bu aksiyanı həm də AFFA-nın müstəqil mətbuata qarşı "təcrid mövqeyi"nə etiraz olaraq aksiya keçirdiblər.

AFFA-dan məsələyə münasibət öyrənmək cəhdlərimiz nəticə vermədi.

İyunun 3-də Azərbaycan milli komandası rəqib meydanında Qazaxıstan yığmasına 2-1 hesabı ilə məğlub olub.

İyunun 7-sində isə Azərbaycan millisi T.Bəhramov adına respublika stadionunda «Euro-2012»-nin seçmə mərhələsi çərçivəsində Almaniya yığma komandası ilə növbəti matçını keçirəcək.
XS
SM
MD
LG