Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:42

Muammar Qaddafi təslim olmayacağını deyir


NATO qüvvələri Liviya paytaxtı Tripolini bombalamaqda davam edib. Müşahidəçilər bunu Qaddafi rejimi əleyhinə mart ayında başlamış hava hücumlarının ən ağırı hesab eləyirlər.

Məlumatlara görə, hava hücumu iyunun 7-dən 8-nə keçən gecə baş verib. Hava hücumlarının hədəfinin nə olduğu bəlli deyil.

İyunun 7-də Qaddafi hakimiyyəti bildirib ki, NATO-nun sonuncu hücum zamanı arasında mülki şəxs olan 31 adam ölüb. Amma bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənmir.

Liviyanın dövlət televiziyasında audio müraciətində ölkə lideri Muammar Qaddafi NATO-nu və yerli üsyançıları ittiham edib və bildirib ki, o, son nəfəsinə kimi təslim olmayacaq.

Vaşinqtonda ABŞ prezidenti Barak Obama deyib ki, NATO-nun hərbi əməliyyatlarında irəliləyiş var və bu, Qaddafinin hakimiyyətdən getməsi "sadəcə zaman məsələsidir".
XS
SM
MD
LG