Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:52

Mübarəkin heykəli Xırdalandan götürülüb


Hüsnü Mübarəki Azərbaycanda "devirdilər"
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00
Direct-ə keçid

İyunun 7-də Misirin eks prezidenti Hüsnü Mübarəkin Xırdalan şəhərindəki heykəli götürülüb. Onu simvolik xəttat heykəli ilə əvəzləyiblər. Durna Səfərliyinin videoreportajı.

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin (Hosni Mubarak) Xırdalan şəhərindəki heykəli iyunun 7-si axşam götürülüb.

Heykəlin yerində Misirin simvollarından olan xəttat heykəli qoyulub.

Bu barədə AzadlıqRadiosuna Abşeron rayon İcra Hakimiyyətinin Xırdalan şəhəri üzrə icra nümayəndəliyinin müavini Zakir Həsənov məlumat verib.

Xırdalan şəhərində yerləşən 9 saylı orta məktəb isə bundan sonra H. Mübarəkin həyat yoldaşı Suzan Mübarəkin (Suzanne Mubarak) adını daşımayacaq, Misir məktəbi adlanacaq.

H. Mübarəkin heykəli 2007-ci ildə Xırdalan şəhərindəki Misir Dostluq Parkında qoyulub.

Xırdalan Misirin Qalubiyyə şəhəri ilə 2008-ci ildə qardaşlaşmış şəhər elan edilib. Parkın yerləşdiyi küçə də Qalubiyyə adlanır. Misir hakimiyyəti də öz növbəsində Qalubiyyə şəhərində küçələrin birinə «Abşeron» adını verib.

82 yaşlı H. Mübarək Misirdə xalq etirazları zamanı bu il fevralın 11-də istefa verib.

Heykəlin əvvəlki görüntüsü
XS
SM
MD
LG