Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:40

Vaxtlı ya vaxtsız vergi yoxlaması?


Arxiv foto
Arxiv foto
«Audit yoxlamasına il tamam olmamış gəlirlər, 11 ayın tamamında qapını kəsdirirlər. Heç Ədliyyə Nazirliyinin də xəbəri olmur. Özləri yoxlamağa gəlirlər və şərtləri də çox sərt olur. İlkin şərtlərini yerinə yetirməyəndə çox dərin, dəqiq yoxlamalara gedirlər. Korrupsiya amili vergi sistemində hələ həll olunmayıb».

Bakıda mebel biznesi ilə məşğul olan sahibkar Səxavət Mustafayev vergi sistemindəki özbaşınalıqdan şikayətçidir. Deyir vaxtlı-vaxtsız vergi yoxlamaları, bu sahədə rüşvət tələbi hallarının aradan qaldırılmaması sahibkarlığın inkişafına mane olan əsas faktorlardır.

Bu il fevralın 15-də prezident İlham Əliyev «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə» imzalayıb. Bu əsasnaməyə əsasən mayın 1-dən sahibkarlıq sahələrində yoxlama aparan qurumlar hökmən Ədliyyə Nazirliyində reyestrdən qeydiyyatdan keçməlidir. Başqa sözlə, vahid məlumat reyestrinin yaradılması səlahiyyəti olmayan qurumların, şəxslərin vergi yoxlaması aparmasının qarşısını almağa yönəlib. Bundan başqa əgər aparılan yoxlamalardan bir il ötməyibsə, onda yoxlayıcı qurumun təkrar yoxlama aparmaqla bağlı müraciəti reyestrə daxil edilmir.

«VERGİLƏRİN MƏNİMSƏNİLMƏSİ MÜMKÜN DEYİL»

İlham Əliyev sərəncam imzalayıb

Bəzi sahibkarlar, o cümlədən Səxavət Mustafayev yeni sistemin tətbiqi ilə hər hansı müsbət yeniliyin olmadığını desələr də, Vergilər Nazirliyi bunun əksini iddia edir. Nazirliyin vergi siyasəti baş idarəsinin rəisi Akif Musayev deyir ki, yeni sistem tətbiq olunandan bütün vergi yoxlamaları vahid dövlət reyestrdə qeydiyyata alınmaqla baş verir.

Vergilər nazirinin müavini Sahib Ələkbərov isə deyir ki, yerli mətbuatda vergi orqanları əməkdaşlarının rüşvət alması, sahibkarlardan müəyyən bir şəxsin adına olan hesab nömrəsinə pul köçürmə tələbləri ilə bağlı yazılanlar araşdırılıb, amma təsdiqini tapmayıb.

ON-LİNE VERGİ YOXLAMASI

Sahib Ələkbərov ona da bildirir ki, nazirlik vergilərin yoxlama dövriliyini də minimuma endirməyə çalışır. Bu məqsədlə yaxın gələcəkdə elektron audit layihəsinin həyata keçiriləcəyi gözlənilir. Başqa sözlə, vergi orqanı əməkdaşları öz iş yerlərini tərk etmədən, sahibkarla heç bir ünsiyyətə girmədən vergi yoxlamalarını reallaşdıra biləcəklər.

İqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, vergi yoxlamalarının on-line sistemə keçirilməsi bu sahədə rüşvətin qarşısını ala bilər. Hazırda isə, onun sözlərinə görə, şirkətlər qeyri-rəsmi ödənişlər etməkdədirlər:

Qubad İbadoğlu
VERGİ ÖDƏYİCİLƏRİ TƏŞKİLATLANSIN

«Bu ödənişlərin təbiəti vergi orqanları tərəfindən müəyyənləşdirilir. Bu müəyyənləşdirilmiş məbləğ şirkət sahibləri üçün məcburi ödəniş sayılır. Bizdə olan məlumata görə, haqsız yoxlamalar, yersiz müdaxilələr davam etməkdədir».

İqtisadçı ekspertin fikrincə, bir sıra islahatlar həyata keçirilməlidir - vergi elə səviyyədə olmalıdır ki, onu bütün təsərrüfat subyektləri ödəyə bilsinlər; vergi uçotu standartlara uyğunlaşmalıdır; vergi ödəyicilərinin hüquqlarının artırılması istiqamətində Vergi Məcəlləsində dəyişikliklər olmalıdır:

«Ən vacib məsələlərdən biri də məhkəmələrin müstəqilliyinin təmin olunmasıdır ki, hüququ pozulmuş vergi ödəyiciləri son nəticədə hüquqlarını bərpa edə bilsinlər».

Əsassız yoxlamaların, sahibkarlığın inkişafı sahəsində yaradılan süni maneələrin aradan qaldırılması ilə bağlı 1996-cı ildən indiyə qədər dörd fərman verilib. Bundan başqa bir sıra qanunlara əlavə və dəyişikliklər edilib.
XS
SM
MD
LG