Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:39

Diktatorlar necə dözür?


Rusiya polisi
Rusiya polisi
«New York Times» qəzetində «Diktatorların məlumat kitabı»nın müəllifləri (The Dictator's Handbook) Bruce Bueno de MesquitaAlastair Smithin məqaləsi çap edilib. Məqalədə ərəb inqilablarından və diktatorlardan bəhs edilir:

DİKTATORLARA SEVGİ

Nə üçün bəzi diktatorlar inqilabdan sağ çıxır, bəziləri isə çökür? Tarix boyu zülmə məruz qalmış xalqlar onlara zülm edən hökmdarları yıxmağa cəhd göstəriblər. Lakin indi ərəb dünyasını bürümüş inqilablar nadir hallarda baş verir.

Despotik rəhbərlər hakimiyyətdə özlərinə loyal olan tərəfdarlarından ibarət kiçik qrupu mükafatlandırmaqla hakimiyyətdə qalırlar. Bu kiçik qrup da adətən hərbçilərdən, dövlət qulluqçularından və ailə üzvlərindən ibarət olur.

Bu loyal qrupun əsas vəzifəsi hakimiyyətə müxalif olanları əzməkdir. Lakin onlar bu xoşagəlməz, çirkli işi yalnız o halda görürlər ki, bunun əvəzində yaxşı mükafatlandırılsınlar. Ona görə də avtokratlar öz yaxın ətrafını davamlı gəlir mənbəyi ilə təmin etməyə məcburdurlar. Əgər diktatorun tərəfdarları kütləvi etirazları yatırmaqdan imtina etsələr, yaxud da onun rəqibinin tərəfinə keçsələr, onda diktator mürəkkəb bir vəziyyətə düşür. Məhz buna görə də avtokratlar birinci növbədə öz yaxın ətraflarını, ən axırda isə xalqı mükafatlandırır.

ÜÇ TİP HÖKMDARIN TƏRƏFDARINI İTİRMƏK RİSKİ

Üç tip hökmdarın öz tərəfdarlarını itirmək riski daha çoxdur. Yeni rəhbərin, qocalmış rəhbərin və korrupsiyalaşmış rəhbərin.

Suriya prezideni Bashar al-Assad

Yeni diktatorlar adətən bilmirlər ki, pulu haradan tapsınlar. Yaxud da hansı dairələrin, kimlərin loyallığını daha ucuz və effektiv almaq olar? Ona görə də inqilab hazırlayanlar müəyyən bir anı tutub laxlayan rejimi devirirlər.

Yaşlı avtokrat rejimləri daha böyük təhlükə, risk gözləyir. Çünki onun yaxın ətrafı düşünür ki, onların gəlirlərinin davam etməsi üçün qoca adama etibar etmək olmaz. Bilirlər ki, qəbirdən onlara pul gəlməyəcək. Ona görə də hökmdarın yaşlılığı istər-istəməz ona loyallığı da zəiflədir. Təhlükəsizlik qüvvələrinin iğtişaşları yatırmayıb kənarda duracağı perspektivi artır. Bu da xalqa qiyam üçün əla fürsət verir. Filippində, Zairdə, İranda diktatorların sonu məhz belə olmuşdu.

Tunisdə və Misirdə həm Ben Ali ilə Hosni Mubarakin səhhətində olan problemlər, həm də ölkədəki ciddi iqtisadi problemlər inqilaba şərait yaratmışdı. Taxılın və yanacağın qiymətləri artmışdı. İşsizlik, xüsusilə də təhsilli adamlar arasında işsizlik çox yüksək səviyyədə idi. Misirə Amerikanın maddi yardımı da ildən-ilə azalırdı. Amerikanın maddi yardımından fayda görənlər isə əsasən hərbi tərəfdarlar idi. Onlar da artıq bir müddət sonra bu yardımdan ümumiyyətlə məhrum ola biləcəklərindən narahat oldular.

PUL, VƏSAİT AZALDIQCA...

Pul, vəsait azaldıqca liderlər öz yaxın ətraflarına pul ödəyə bilmirlər. Ona görə də qiyamın qarşısına çıxmağa qüvvə olmur. Rusiya və Fransa inqilabları da bu cür olmuşdu. O cümlədən də Şərqi Avropadakı kommunist rejimlərin süqutu ilə nəticələnən inqilablar.

Suriyadakı Bashar Assad rejiminə olan təhlükələrə də məhz bu kontekstdən baxmaq lazımdır. 2011-ci ildə ümum daxili məhsulun 7 faiz azalması gözlənilir. Neft gəlirləri azalır. Gənclər arasında işsizlik yüksək səviyyədədir. Bütün bunlar Assadi inqilab üçün əla bir vəziyyətlə üz-üzə qoyur. O ya islahatlar keçirməli olacaq, ya da bunu onun yerinə başqası gəlib edəcək.

İnqilab zamanı yoluxuculuq da mühüm sayılır. İnsanlar biləndə ki, qonşularındakı dövlətdə hakimiyyətə loyallıq azalıb, onlar da bundan özləri üçün fürsət kimi istifadə edirlər.

İraq. Neft işçiləri
NEFT ÖLKƏLƏRİNDƏ YA ETİRAZLAR OLMUR, YA DA ZORAKILIQLA YATIRILIR

Bir çox ölkələrdə, xüsusilə də neftlə zəngin olan körfəz ölkələrində isə ya ümumiyyətlə heç etiraz nümayişi olmur, ya da ki etiraz aksiyaları zorakılıqla yatırılır. Məsələn, Bəhreyndə, ölkə gəlirlərinin 60 faiz neft və qaz hesabınadır. Burda çox az etiraz aksiyalarının zorakı yollarla yatırılması bu ölkə rəhbərləri üçün çox az risk daşıyır. Çünki etibarlı gəlir yerləri var. Ona görə də neft ehtiyatları ilə zəngin olan avtoritar rejimlərin davamlı gəlirləri olduğuna görə repressiya da onlar üçün təhlükə yaratmır. Bu səbəbdən də təbii ehtiyatlarla zəngin olan Zimbabvedə 80 yaşlı Robert Mugabe rejimi hələ də hakimiyyətdən getmək fikrində deyil. Liviyada Qaddafi də hadisələr təzə başlayan zaman hakimiyyətdən gedəcəyi ilə bağlı heç işarələr də vurmurdu.

Təbii ehtiyatlarla zəngin olan, ya da xaricdən davamlı səxavətlə pul alan rejimlər öz ölkələrində ifadə, mətbuat, xüsusi ilə də toplaşmaq azadlığını çox asanlıqla boğurlar.

Əksinə, ehtiyatları az olan liderlər xalqın səfərbərliyinin qarşısını asanlıqla ala bilmir. Buna görə də Mərakeş və Suriya kimi ölkələrdə, baxmayaraq ki, bu ölkələrdə onlar repressiyalara əl atırlar, onlar islahatlar keçirməli olacaqlar. Eyni cür demokratikləşmə təbii ehtiyatlarla zəngin olmayan ölkələri də gözləyir. Məsələn, Çin və İordaniya kimi ölkələri.

HƏMÇİNİN OXU:

Demokratiyanın təmizlik işləri
Hakimiyyətdə qalmağın Suriya modeli
Bəşər Əsəd devriləcəkmi?
Suriya kəşfiyyatının 6 səhifəlik planı
Prezidentin qızı Rue89.com-u məhkəməyə verib
Rusiya gəlirini etiraf edir, Azərbaycan isə...
XS
SM
MD
LG