Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:35

Hansı ölkənin nə qədər polisi var?


Nə etmək lazımdır ki, polis dəyişsin? Asayiş keşikçilərinin sayını artırmalı, yoxsa azaltmalı? Onlara çox pul vermək?

Bu suallarla başqa ölkələrin təcrübəsinə müraciət etməyi qərara aldıq.

MDB və Şərqi Avropa məkanında ən çox polis Belarusdadır – orada hər 100 min əhaliyə 1442 milisioner düşür. İkinci Rusiya – 976, üçüncü isə Qazaxıstandır –713.

Ən az polis isə Estoniya, Moldova və Azərbaycandadır. Düzdür, Azərbaycan hakimiyyəti ölkədəki polisin sayını açıqlamır. Tənqidçilər isə tez-tez hökuməti ölkədə «polis hakimiyyəti» yaratmaqda ittiham edib, onların sayının çox olmasından şikayətlənirlər. Amma beynəlxalq hesabatlara inansaq, hər 100 min adamın keşiyində Azərbaycanda 456 polis əməkdaşı durur. EstoniyaMoldovada bundan da azdır - müvafiq olaraq 328 və 385.


«UZAQ» XARİC ÖLKƏLƏRİNƏ GƏLDİKDƏ,

hər 1000 nəfərə İtaliyada 5.5, Türkiyədə 4.8, Fransada 3.7, Almaniyada 3, ABŞ-da isə 2.3 polis düşür.

RUSİYADA MİLİS POLİS OLDU, MAAŞLAR ARTDI

Rusiyada qərara alıblar ki, polisdə korrupsiya ilə mübarizə aparmaq üçün əməkhaqqını üç dəfə artırsınlar.

Rusiyada polis serjantı 2012-ci ildən hər ay 35 000 rubl (1150 dollar) alacaq.

Statistikaya əsasən, post-Sovet məkanında hazırda ən çox Estoniya (850 dollar), ən az alan isə Ukrayna polisidir – 190-250 dollar.

Azərbaycanda sıravi polis əməkdaşının ortalama məvacibi isə 510 dollardır (400 manat). Türkiyədə polis məmuru 1000-1100, Ermənistanda 400 dollar əməkhaqqı alır.

XS
SM
MD
LG