Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:57

«Freedom House» avtoritar rejimləri potensial təhlükə mənbəyi sayır


Bakıd amüxalifətin mitinqində fəallardan biri saxlanır, 12 iyun 2010
Bakıd amüxalifətin mitinqində fəallardan biri saxlanır, 12 iyun 2010

ABŞ-da yerləşən «Freedom House» təşkilatı sonuncu «Keçid dövründə olan ölkələr» adlı hesabatını açıqlayıb. Hesabatda deyilir ki, Baltik ölkələri istisna olmaqla, keçmiş sovet respublikalarında əhalinin 80 faizinin avtoritar rejimdə yaşaması gələcək üçün potensial təhlükədir.

İllik hesabat Mərkəzi Avropadan tutmuş Orta Asiyaya qədər, inkişaf meylləri duyulan Moldova və Gürcüstanda aparılan monitorinqlərin nəticəsində hazırlanıb.

«Freedom House» təşkilatının icraçı direktoru Christopher Walker deyir ki, onlar araşdırma apardıqları «Keçid dövründə olan ölkə»lərdə bir sıra problemlər müşahidə ediblər. Onun sözlərinə görə, Baltik ölkələrindən başqa digər keçmiş sovet respublikalarında rəhbərlərin öz postlarını güzəştə getməsi, vacib demokratik islahatlara meyl göstərməsi hiss olunmur.

GƏLƏCƏKDƏ SİYASİ DURĞUNLUQLA ÜZ-ÜZƏ

AzadlıqRadiosunun «Sizin hesabatınız bəzi keçmiş sovet ölkələrinin rəhbərlərinin nisbətən gənc olmasını üzə çıxarır. Sizcə, gələcək siyasi dəyişikliyə nə təsir edə bilər?» sualına Christopher Walker belə cavab verir ki, doqquz keçmiş sovet ölkəsindən yalnız ikisində, Özbəkistan və Qazaxıstanda prezidentlərin 70-dən çox yaşı var, digərlərində isə rəhbərlərin nisbətən gənc olması siyasi dəyişikliklərlə bağlı suallar yaradır:

«Əgər digər avtoritar rejimlərin hökm sürdüyü ölkələrə baxsan, görəcəksən ki, həqiqətən də burda rəhbərlər nisbətən gəncdirlər. Azərbaycan prezidenti İlham Əliyevin 49, Tacikstan prezidentinin 58, Vladimir Putinin 58, Dmitry Medvedevin isə 40 yaşı var. Beləliklə, öz postunda uzun müddət oturan liderlərə sahibsiz və keçmiş təcrübələrə əsasən, onların qeyri-müəyyən vaxta qədər bu vəzifədə olacağını güman etmək olar. Fikirləşirəm ki, bu ölkələrin heç birində əhəmiyyətli siyasi dəyişikliklər, ciddi liberalizm səyləri gözlənmir. Bu ölkələr həqiqətən perspektivdə siyasi durğunluqla üz-üzədir».

Christopher Walker
Bu hesabatda həm də göstərilir ki, siyasi plüarizmin çatışmazlığı ekstremizmə yol açır.

Christopher Walker deyir ki, keçmiş sovet ölkələrində mütəmadi olaraq siyasi meydanda təmsil olunmaq istəkləri boğulur. O, bu günlərdə Rusiyada bir siyasi partiyanın qeydə alınmamasını misal çəkir və deyir ki, siyasi özgə fikirliliyə bu cür yanaşma digər ölkələrə də xasdır. Walkerin fikrincə, siyasi diskussiyalara yol açmadıqca, bu, ekstremizmin güclənməsinə səbəb olur.

«ƏHƏMİYYƏTLİ İSLAHATLAR NƏ ZAMAN BAŞ VERƏCƏYİNİ SÖYLƏMƏK ÇOX ÇƏTİNDİR»

Ərəb inqilablarının olduğu ölkələrlə keçmiş sovet respublikaları arasında müqayisə aparan «Freedom House» təşkilatının direktoru deyir ki, bu ölkələrdə real siyasi plüralizmin olmaması, korrupsiya, qanunların aliliyinin gözlənilməməsi onları birləşdirən xüsusiyyətlərdir:

«Yaxın Şərqdə və Şimali Afrikada son hadisələri müşahidə edirik. Deyək ki, Misir kimi ölkədə, 30 illik qeyri-effektiv idarəetməsi, korrupsiyası və «klan» kapitalı olan ölkədə islahatlar aparmaq çətin olacaq.

Həqiqətən də uzun müddət normal siyasi mühitdə təmsil olunmaq, vətəndaş cəmiyyəti ilə işləmək imkanları, resurslara çıxışı rədd edilmiş qüvvələrdən nə isə gözləmək əbəsdir. Biz bunun fonunda islahatlardan uzaq düşmüş sistemlərə baxa bilərik.

İndiki halda keçmiş sovet ölkələrində müstəqil institutların təkmilləşməsinə mütəmadi maneələrin olduğu, rəhbərlikdə mühüm rol oynaya biləsi siyasi fəalların cidd-cəhdlə proseslərdən uzaqlaşdırılması fonunda əhəmiyyətli islahatların nə zaman baş verəcəyini söyləmək çox çətindir».
XS
SM
MD
LG